27.10.2017  09:16 

Leysan beş nəfərin həyatına son qoyub





A+  A-

Nikaraquada davam edən güclü yağışlar nəticəsində azı beş nəfər həlak olub, daha iki nəfər isə itkin düşüb.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Rosario Murilo bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ölənlərdən dördü şaxtaçı olub. Digəri isə çayı keçmək istəyən zaman batan 15 yaşlı qızdır. Xilasedicilər itkin düşən iki nəfərin axtarışlarını davam etdirilər.

Ölkədə hazırda ən yüksək “qırmızı” həyəcan səviyyəsi elan edilib. Leysan nəticəsində 2,7 min evə zərər dəyib, 30 tikili dağılıb, 450-dən çox məktəb isə bağlanıb.

Xəbər 1099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +