Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


25.10.2017  11:29 

Boradigahın “SİFƏTİ” FOTOların dili ilə - Dözülməz vəziyyət nə vaxta kimi davam edəcək?





A+  A-

Boradigah qəsəbəsi bütün dövürlərdə diqqəti cəlb edib. Boradigah 1966-cı ildən Masallı rayonunun tabeçiliyində olan şəhər tipli qəsəbədir. İnzibati ərazi vahidi üzrə Boradigah qəsəbəsi Mollaoba və Babaser kəndlərini 19736 ha. ərazidə özündə birləşdirir. 2009-cu il statistikasına görə qəsəbənin ümumi əhalisi 10 681 nəfərdir. Boradigah Talış dağlarının ətəyində, Lənkəran ovalığında Boradigah çayının hər iki sahilində yerləşir.
Hələ Sovet dövründə Azərbaycanın Cənub bölgəsinin ən əlverişli ticarət mərkəzi hesab olunan Boradigah bazarında nə istəsən tapa bilərdin. Elə bu məqsədlə də insanlar Azərbaycanın hər tərəfindən Boradigaha axışırdılar.

Təəssüf ki, bu gün Boradigah qəsəbəsi əvvəlki şöhrətini, gözəlliyini tamamilə itirib. Qəsəbənin hər tərəfində höküm sürən baxımsızlıq və antisanitariya bu yerdən keçib gedənləri heyrətləndirir. Boradigah həm də Lənkəran, Lerik, Astara və hətta İran İslam Respublikasına gedən ikinci yolun üzərində yerləşdiyindən bu qəsəbədə baş verənlər daha çox adamın diqqətini cəlb etməkdədir.



Əlavə şərhə ehtiyac duymadan Boradigah qəsəbəsinin bu günkü SİFƏTİni FOTOların dili ilə sizlərə təqdim edirik. Ümid edirik ki, Masallı rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəliyi və yerli özünüidarə qurumu hesab olunan bələdiyyə bu dözülməz vəziyyətdən qısa zaman ərzində çıxş yolu tapacaq:



















Boradigahın qısa tarixi

XVIII əsrə qədərki tarixi mənbələrdə Boradigah toponiminə demək olar ki, rast gəlinmir. Talış xanlığı inkişaf etmiş, ticarət, sənətkarlıq və mühüm yaşayış məntəqələrindən biri kimi tanınmağa başlayır. Təsadüfi deyil ki, xanlığın ərazi inzibati xəritələrində mühüm yaşayış məntəqəsi kimi Boradigah da göstərilir. Boradigah toponiminə XIX əsrə aid olan mənbələrdə tez-tez rast gəlinir. Belə ki, XIX əsrdə yaşayıb-yaratmış şairlərdən Mirzə Əziz şeirlərindən birində Lənkəran qəzasına məxsus 14 toponim sırasında Boradigahın da adını çəkir:

Məlum olduğu kimi, talış hakimi Mir Mustafa xan (1787-1814) mülkiyyətini sağlığında ikən ailə üzvləri arasında bölüşdürmüşdü. Boradigah onun ikinci oğlu Mir Hüseyn xana məxsus əraziyə daxil idi. Boradigahlılar vergini ona verirdilər. Tədqiqatçı F.Əsədovun fikrincə, Mir Hüseyn xan hər il Boradigahdan 360 tümən vergi alır və bundan əlavə 9 dəyirmandan gələn gəlir də ona çatırdı.

1853-1854-cü illərdə Boradigahda inşa olunmuş memarlıq abidəsi olan məscid hazırda da istifadə olunur. Onun tikintisi Boradigahın tarixində mühüm mədəni hadisələrdən biridir.

1913-cü ildə cəmi 700 həyətdən ibarət olan Boradigah kənd icması Mir Əsgər xanın 130 desyatin torpağını zəbt edərək ona icarə haqqı verməkdən imtina etmişdi. Hətta Yusif adlı kəndli xanı öldürmək məqsədilə ona güllə də atmışdı. Maraqlı budur ki, Mir Əsgər xan boradigahlıların öhdəsindən gələ bilməmiş, acizanə surətdə Qafqaz canişini N.Nikolayeviçə şikayətlənərək yazmışdı: "Boradigahlılar bizim torpaq sahələrimizi zəbt etmişlər, bizə icarə haqqı da vermirlər".

Bu dövrdə kənd təsərrüfatlarında su həlledici rol oynayırdı. Uzunluğu 21 km olan Boradigah çayı ilə əlaqədar Boradigah və qonşu Qəzvinoba kənd sakinləri arasında tez-tez ciddi mübahisələr olurdu. Hər iki tərəf çayın haçalandığı qolları öz tərəfinə axıtmağa cəhd edirdi. Hətta bu mübahisələr dava-dalaşa səbəb olurdu. Nəhayət, 1914-cü ildə hər iki kəndin camaatı bu mübahisəyə son qoymaq məqsədilə çayın haçalandığı yerdə ucu sivri paya basdırır və şərtləşirlər ki, kim özünü bu payanın üstünə atıb öldürərsə, su onların olacaq. Boradigahdan Kulə Kələ ləqəbli birisi özünü payanın üstünə atıb öldürür və çay o vaxtdan Boradigahın içi ilə axmağa başlayır.

Hadisənin canlı şahidlərindən olan Boradigah ağsaqqalları indi də Kulə Kələnin fədakarlığından – öz ölümü ilə iki kənd camaatı arasındakı su mübahisəsinə son qoymasından danışır.

Qəsəbədə çay fabriki, 2 orta məktəb, kinoklub, xəstəxana, avtomat telefon stansiyası var. Boradigahda arxeoloji abidələrdən "Ağbala təpəsi" və "Mehti təpəsi" (Tunc dövrü) mühafizə olunmuşdur. Boradigahda 27 dekabr 2007-ci il tarixində Azərbaycan memarlığı üslubuna uyğun yeni məscid binasının təməli qoyulmuş və onun inşası hazırda davam edir.

Hələ qədim zamanlarda - təxminən eramızdan əvvəl III-II minilliklərdə bu ərazidə insanlar yaşamışlar.

Elçin
XəzərNews.az





Xəbər 4216 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +