Daha 144 azərbaycanlı Bakıya gətirildi
Mehmanın müalicəsi üçün lazım olan pul toplandı
Neft 41 dolları ötdü
Təhsil haqqı ilə bağlı tələbələrə müraciət
Şəhərdə maska taxmayanlar cərimələnir
FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq
Sabah 32 dərəcə isti olacaq
Tramp Çini bu yolla cəzalandıra bilər
Bu poçt şöbələri işləməyəcək
Elektrik qatarları da işləməyəcək


25.10.2017  10:46 

Bu gün Türkiyədə yeni partiya yaranır





A+  A-

Keçmiş daxili işlər naziri və vitse-spiker Meral Akşener bütün siyasi qütblərdən olan siyasətçilərin qatıldığı yeni partiyasını elan edir, artıq 5 deputatı olan keçmiş nazirə daha 10 deputatın qoşulacağı gözlənilir
Oktyabrın 25-də Türkiyədə sabiq daxili işlər naziri və vitse-spiker Meral Akşenerin rəhbərliyi altında yeni partiya elan ediləcək. Vaxtilə MHP rəhbərliyində təmsil olunan M.Akşener daha öncə partiya sədrliyinə iddia etsə də, hazırkı rəhbərliklə aralarında olan kəskin fikir ayrılığı səbəbindən yeni partiya qurmaq iddiasını ortaya qoyub.
XəzərNews.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, 4 aydır davam edən fəaliyyətin nəticəsi olaraq oktyabrın 25-də Akşener yeni partiyasını elan edəcək. Yeni partiyanın hədəfi Türkiyəni yenidən güclü parlamentar respublika sisteminə geri döndərmək, eləcə də iki il sonra keçiriləcək prezident seçkilərində M.Akşeneri ikinci tura çıxarmaqdır. M.Akşenerin yeni partiya qurmaq fəaliyyətləri 2017-ci ilin iyununda başlayıb. Artıq yeni partiyanın nizamnamə və proqramı hazırdır. Ancaq M.Akşener və tərəfdarları yeni partiyanın adını gizli saxlayırlar.
Türkiyə mediasının məlumatına görə, yeni partiyanın təsisçi heyəti 200 nəfərdən ibarət olacaq. Bu sayın içərisində Türkiyə siyasətinin fərqli kəsimlərindən olan şəxslər yer alacaq. Hətta mediada son olaraq Akşener tərəfdarlarının HDP-dən olan bir siyasətçi ilə də görüşməsi haqda yazıblar.
Akşenerin yeni partiyasına üzv olacaq şəxslər arasında hazırda fəaliyyətdə olan 5 deputat vardı. Ən son beşinci deputat ana müxalifət CHP-dən olan Aytun Çıray oldu. Media isə qarşıdakı dövrdə daha 10 deputatın fərqli partiyalardan ayrılaraq M.Akşenerin yanında yer alacağını bildirib. Bu isə o deməkdir ki, keçmiş daxili işlər naziri yeni partiyasını elan etdikdə artıq parlamentdə təmsilçiliyi olacaq.
Yeni partiyanın qeydiyyat sənədlərini isə daha əvvəl MHP-dən istefa verərək Akşenerin yanında yer almış deputatlar professor Ümid Özdağ, Yusif Halaçoğlu, Nuri Okutan və İsmayıl Ok təqdim edəcəklər.

Meral Akşenerin yeni partiyasının elan edilməsi mərasimi Ankarada Nazim Hikmət adına Mədəniyyət Mərkəzində keçiriləcək. Bundan başqa, yeni partiya elan edildikdən sonra sədr, Mərkəzi İdarə Heyəti və Mərkəzi İntizam Qurumu üzvləri seçiləcək. Toplantıda həmçinin Akşenerin 2019-cu ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyi irəli sürüləcək.
Qeyd edək ki, Türkiyədə siyasi analitiklər hazırda Meral Akşenerin şanslarını yüksək qiymətləndirirlər. Sorğulara görə, parlament seçkilərinə qatılacağı təqdirdə Akşenerin partiyasının seçki baryerini keçəcəyi qeyd olunur. Akşenerin yeni partiyası quruluş formatında müəyyən qədər AKP-yə bənzəyir. Çünki rəhbər kadr, yəni Akşener MHP-dən gəlsə də, göründüyü kimi, hətta CHP-dən də transferlər edə bilib. Siyasi analitiklərə görə, milliyyətçi camiədən çıxsa da, Akşenerin AKP elektoratından da xeyli səs “qoparacağı” gözlənilir. Çünki Akşener mühafizəkar camiəyə də yaxın hesab olunur. Bu baxımdan Meral Akşenerin yeni partiyası hazırkı Türkiyə siyasətində ən ciddi hadisələrdən hesab olunur.
Keçmiş daxili işlər naziri, siyasətdə kifayət qədər təcrübəsi və liderlik keyfiyyətləri olan Akşener Türkiyənin növbəti parlament partiyasının sədri olmaq iqtidarındadır. Təbii ki, Akşenerin hazırda faktiki olaraq müttəfiq kimi hərəkət edən AKP və MHP-dən səs alması hər iki partiyanı və hökuməti ciddi narahat edir. Çünki qarşıdan 2019-cu ildə prezident və bələdiyyə (Türkiyədə bələdiyyə seçkiləri mahiyyət etibarı ilə hakimiyyət üçün ciddi əhəmiyyət kəsb edir - K.R.) seçkiləri, sonrakı il isə parlament seçkiləri gəlir. Beləliklə, Türkiyə siyasi həyatı ciddi bir yeniliyin ərəfəsindədir deyə bilərik.

Meral Akşener 1956-cı il iyulun 18-də İzmitdə anadan olub. Ailəsi Selanikdən İzmit Kocaeliyə köçüb. 1974-cü ildə Bursa Qız Liseyini, 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi tarix ixtisasını bitirib. 1979-82-ci illərdə Akşener müəllim olaraq çalışıb. 1982-ci ildə Yıldız Texnik Universiteti Mühəndislik Fakültəsində laborant işləməyə başlayıb. Eyni zamanda Marmara Universitetində magistr və doktor dərəcəsi alıb. Bir müddət Kocaeli Universitetində İnqilab Tarixi kafedrasına rəhbərlik edib. Eyni zamanda Zübeydə Xanım Şəhid Ailələri Vəqfini yaradaraq rəhbərlik edib.
1995-ci ildə Doğru Yol Partiyasının Qadınlar Təşkilatının sədri olaraq parlamentə seçilib. 1996-cı il Refay-Yol hökumətinin daxili işlər naziri Mehmet Ağarın “Susurluk” qəzasından sonra istefa verməsi nəticəsində boş qalan daxili işlər naziri vəzifəsinə M.Akşener təyin olunur. Bu, eyni zamanda Türkiyə tarixində bir ilk idi. Ancaq Türkiyənin ilk qadın baş naziri postunda cəmisi 8 ay qala bilib. 1997-ci ildə Akşener vəzifəsindən gedib. 1999-cu il seçkilərində Meral Akşener Doğru Yol Partiyasından yenidən deputat seçilib. Ancaq 2000-ci ildə keçirilən seçkilərdə Doğru Yol Partiyası seçki baryerini keçə bilmədiyi üçün Akşener də parlamentə düşə bilməyib.

Meral Akşener daha əvvəl AKP-nin quruluş prosesində iştirak etsə də, 2001-ci ildə AKP-ni deyil, MHP-ni seçib. 2007-ci ildə Akşener MHP-dən seçilmiş deputat kimi parlamentə daxil olub. Və 1968-ci ildən sonra Türkiyədə qadın vitse-spiker seçilir. Akşener 2011 və 2015-ci il parlament seçkilərində də MHP-dən namizəd olub və seçilir. Ancaq 2015-ci il 1 noyabr seçkilərində MHP Akşenerin namizədliyini verməyib.
2015-ci il parlament seçkilərində MHP-nin 4-cü parlament partiyası olmasına etiraz edərək Akşener növbədənkənar partiya qurultayı tələb edib. MHP sədrliyinə iddiasını ortaya qoyan M.Akşener və tərəfdarları növbədənkənar qurultay keçirə bilməyib və daha sonra MHP üzvlüyündən azad edilib. Bundan sonra növbədənkənar partiya qurultayına nail ola bilmədiyi üçün yeni partiya qurmağa çalışıb.
M.Akşener ailəlidir, Fatih adlı bir oğlu var.

Xəbər 723 dəfə oxunub.




05.06.2020  16:19 

Neft 41 dolları ötdü

05.06.2020  13:51 

Sabah 32 dərəcə isti olacaq

05.06.2020  09:51 

Təhsil naziri əmr İMZALADI

05.06.2020  09:24 

16 yaşlı oğlan adam bıçaqladı

05.06.2020  08:57 

Merkel daha Kansler olmaq istəmir


BÜTÜN XƏBƏRLƏR +