Bakıda dəhşətli cinayət — Qız atasını baltaladı
Keçmiş prezidentə hökm oxundu
Dənizə zibil tökənlər tapıldı
Cəbhədən son xəbər
Salyanda ağıq qəza, 5 yaralı var
ABŞ-da gəmi faciəsi: 11 ölü
Bakıda daha bir piyada ölümü
Prezident Fransaya getdi
Gürcüstan Ermənistanın təklifini rədd etdi
Sabahın HAVA PROQNOZU açıqlandı


23.10.2017  17:31 

Keçmiş MTN polkovnikinin cəzası azaldılıb





A+  A-

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M. Əsgərov çıxış edib. O, verilən ittihamları qəbul etmədiyini deyib. M. Əsgərov zərərçəkmiş V. Əzizova qarşı yalnız verilən göstərişləri icra etdiyini deyib: "Vidadi Əzizov ona qarşı silahlı basqın təşkil edildiyini yalan deyir. Onun işi ilə bağlı hər şey sənədlər əsasında aparılıb və mən bunları istintaq orqanına təqdim etmişəm. Zərərçəkmiş mənə qarşı 193 min manatlıq mülki iddia qaldırıb. Hansı halda? Bu mülklər mənim yaxınlarımındır və bunlardan da mənə yalnız 25 faiz düşür. Mən xahiş edəcəm ki, məhkəmə müəyyən hissədə qapalı olsun və mən sənədləri məhkəməyə təqdim edim".

M. Əsgərov məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Daha sonra zərərçəkmiş V. Əzizovun nümayəndəsi mülki iddia ilə bağlı sənədi məhkəməyə təqdim edib.

Bu zaman M. Əsgərov yerindən danışaraq, zərərçəkmişin nümayəndəsinə etiraz edib.

Hakim M. Əsgərova xəbərdarlıq edib və onu yerindən danışmamağa çağırıb.

Sonra prokuror çıxış edib və o, M. Əsgərov barəsində şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra qərar elan olunub. Məhkəmə M. Əsgərovun şikayətini qismən təmin edib, onun cəzası 3 ilə endirilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M. Əsgərov ‪1 il 6 ay rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. O‪na qarşı olan mülki iddia rədd edilib, əmlakları üzərindən həbs götürülüb. Onun mənzilində aparılan axtarış zamanı götürülən pullar da qaytarılacaq.

İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər 526 dəfə oxunub.



20.07.2018  12:17 

Sabah hava necə olacaq? - PROQNOZ

20.07.2018  10:57 

Keçmiş prezidentə hökm oxundu

20.07.2018  10:43 

Dənizə zibil tökənlər tapıldı

20.07.2018  10:27 

Cəbhədən son xəbər

20.07.2018  10:04 

Salyanda ağıq qəza, 5 yaralı var

20.07.2018  09:43 

ABŞ-da gəmi faciəsi: 11 ölü

20.07.2018  09:21 

Bakıda daha bir piyada ölümü

19.07.2018  19:42 

Prezident Fransaya getdi

19.07.2018  16:34 

“Qarabağ” üçün 11 rəqib

19.07.2018  14:08 

Klinikada həkimə qarşı cinayət

19.07.2018  13:54 

25 yaşlı gəncin meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +