UEFA XXI əsrin rəmzi komandasını açıqladı
“Azərbaycan bu sahədə ilk yerləri tutur”
Sabah Azərbaycanda toz dumanı olacaq
Prezident nəhayət İSTEFA VERDİ
İmtahanlara hazırlaşanlara yeni XƏBƏR
Azərbaycanda hava pisləşir - Xəbərdarlıq
15 yaşlı oğlan özünü tövlədə asdı
FİFA prezidenti Bakıya gəlir
Məhərrəmlik çıxdı
Sunami xəbərdarlığı edildi

      

20.10.2017  11:08 

“Cibgir və oğru” – Azərcell





A+  A-

“...Şirkətin strategiyasında müştəri məmnuniyyəti daim prioritetdir. Odur ki, müştərilərimizi nə qiymət, nə də xidmət baxımından incitməyəcəyik...”.
Bu sözlər Vahid Mürsəliyevə məxsusdur. Onun 2015-ci ildə Azərcell Telekom-a yeni prezident təyin edildikdən bir neçə gün sonra ölkə KİV-nə verdiyi müsahibəsindəndir. Reallıq isə tamam ayrı cürdür və bunu Azərcell abunəçilərinin böyük əksəriyyəti – təbii ki, sorğu keçirilərsə - təsdiqləyər. Həm V.Mürsəliyevdən əvvəl, həm də onun dövründə müştərilər qiymətdə aldadılır, xidmətdə incidilir. O, isə fəxrlə deyir ki, “...4.5 milyon insan bizi tərcih edir, bazarın 48 faizindən çoxu Azercell-ə aiddir və bu payı artırmağa çalışırıq”. Əslində, deməliydi ki, bu qədər insanı çox rahatlıqla aldada və iki gündən bir yeni fırıldaq növünü icad edə, icad etdiklərimizi də “həzm” etdirə bilirik: zəhlətökən SMS-lərlə, müştərilərin cibinə girib oğurluq etməklə... Üst qurum olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə sanki bunları görmür və heç “görmək” belə istəmir. Digər müvafiq qurumlar da həmçinin. Bu haqda yazılıb, yazılır və hələ çox yazılacaq. Çünki bu mobil rabitə şirkətindən şikayətlər səngimək bilmir, kütləvi narazılıq isə artmaqda davam edir. Hər halda, Azərcell abunəçiləri necə aldadıldığını daha yaxşı bilir. Həqiqət budur ki, abunəçilər Azərcell-in bu “xidmətlərinə” görə dövlətin əksər qurumlarından narazı qalmış olurlar.
Həftə ərzində bu mövzuya ikinci dəfə müraciət etməyim təbii ki, səbəbsiz deyil. O səbəbdən ki, Azərcell mənimlə bağlı həyasızlığını hələ də davam etdirməkdə, yəni oktyabrın 15-dən məni lal, kar və mənbəyi məlum olmayan SMS-lərlə “müjdələməkdədir”. Özünü rabitə sektorunun monopolisti hesab edən bir şirkət görün, hansı hiyləyə əl atıb? Gün ərzində bir neçə saniyədən bir səssiz gələn və telefonun ekranını hər gəlişində 20-25 saniyə zəbt edib “sərfəli” dilənçi təkliflərini gözə soxan bu SMS-lər ona görə mənbəsizdir və telefonun “mesaj” bölümündə qeydə alınmır ki, sabah kimlərsə bunlara oğurluqlarını sübut edə bilməsin. Bircə dəfə istəməyərəkdən, yaxud təsadüfən “Yes” düyməsinə toxunmağın yetər ki, Azərcell-in qarmağından asılı qalasan. O zaman nə səsin eşidiləcək, nə də səsinə səs verən olacaq. Sən bunlarda fərasətə bax! Cibgirlik və oğurluğun analoqu olmayan növünü də icad etməyi bacara biliblər. Əslində, onlar bununla bizim, təkcə cibimizə girib pulumuzu oğurlamırlar, həm də mənliyimizi, mənəviyyyatımızı gəmirirlər. Bizim isə ruhumuz belə incimir...
Ayın 16-da üç dəfə (saat 10-29; 11-51 və 14-42-də) “2002” müştəri xidmətinə, 19-da bir dəfə (saat 9-25) telefon açdım, paralel olaraq müştəri xidmətinə gedib etirazımı bildirdim. Yekun cavab belə oldu: “texniki şöbədə araşdırma davam edir...”. Bu, nə şirkətdir, nə texniki şöbədir ki, öz zibilini belə təmizləməkdə günlərdir ki, aciz qalıb? Sadəcə, bunu istəmir. Çünki bu qazanı qaynadan da özü, çömçə ilə qazanı qarışdıran da özü. Qaynatmasa, qarışdırmasa necə oğurluq edib milyonları mənimsəyə bilər? Görünür, oğurluq Azərcell-in cövhərində, mayasındadır – bunsuz ona həyat yoxdur. Müştərilərinin cibinə girməsə çatlar, ortasından iki bölünər və yox olub gedər.
Məncə, problem texniki şöbədə deyil, tamlıqla Azərcell-in özündədir. Bu mobil şirkət başdan-ayağa çöküb. Özünü lənətlənmiş nifrət obyektinə çevirib. Əslində, “Azərcell-lə həyat gözəldir” sözünü özünə deviz seçən, reallıqda isə müştərilərinə bütün çirkinlikləri sırımağı rəva bilən bir qurum həqiqətən də nifrətə layiqdir.
İndi mən şübhə ilə gümanlar arasında tamam çaş-baş qalmışam. Necə olur ki, hansısa bir şirkət ölçüyəgəlməz azğınlıqlara hamının gözü qarşısında imza atır, milyonların cibinə girib milyonlar qazanır, amma heç bir dövlət qurumu tərəfindən ona “dur” deyən olmur? Ötən yazımda qeyd etdiyim kimi, axı bu Azərcell nəyin nəsidir ki, onunla bacarmaq olmur? Bəlkə...
Deyəsən, elə belədir ki, var. Mən bu qənaətdəyəm.



Vasif Hüseynov








Xəbər 1531 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

20.11.2017  17:34 

Sabahın məzənnəsi

20.11.2017  16:25 

Merkeli istefaya çağırdılar

20.11.2017  15:48 

Prezident nəhayət İSTEFA VERDİ

20.11.2017  14:54 

UEFA-dan klublarımıza 427 min avro

20.11.2017  12:43 

Xəzərdə 2 balıqçı xilas edildi

20.11.2017  12:27 

FİFA prezidenti Bakıya gəlir

20.11.2017  11:57 

Məhərrəmlik çıxdı

20.11.2017  11:43 

Ağır qəzada ər-arvad öldü


BÜTÜN XƏBƏRLƏR +