“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.10.2017  15:52 

Maşallah Əhmədov yenidən həbsə qayıda bilər





A+  A-

Tanınmış futblolçu Maşallah Əhmədovun cinayət işi üzrə zərərçəkmiş Yusif Əzizov onun cəzasının ağırlaşdırılması üçün kassasiya şikayəti verib.
XəzərNews.az xəbər verir ki, ittihama görə 350 min manat pulu M.Əhmədov tərəfindən mənimsənilən Y.Əzizov Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb. Apellyasiya Məhkəməsi M.Əhmədovun cəzasını 8 ildən 2 ilə endirib.

Y.Əzizov isə Ali Məhkəməyə müraciət edərək müddətin artırılması ilə cəzanın ağırlaşdırılmasını istəyib. Onun şikayəti icraata götürülüb, prosesə hakim İmran Hacıqayıbov sədrlik edir.

Xatırladaq ki, M.Əhmədov bir neçə gün öncə cəzasının 4-də üç hissəsini çəkdiyi üçün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Ali Məhkəmə Y.Əzizovun şikayətini təmin edərsə, M.Əhmədov yenidən türməyə qayıda bilər.

O tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəməkdə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Əhmədov 2017-ci il yanvarın 30-da məhkəmə zalında həbs edilib.

Xəbər 1746 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +