UEFA XXI əsrin rəmzi komandasını açıqladı
“Azərbaycan bu sahədə ilk yerləri tutur”
Sabah Azərbaycanda toz dumanı olacaq
Prezident nəhayət İSTEFA VERDİ
İmtahanlara hazırlaşanlara yeni XƏBƏR
Azərbaycanda hava pisləşir - Xəbərdarlıq
15 yaşlı oğlan özünü tövlədə asdı
FİFA prezidenti Bakıya gəlir
Məhərrəmlik çıxdı
Sunami xəbərdarlığı edildi

      

17.10.2017  15:11 

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”





A+  A-

Sabah müstəqilliyimizin 26-cı ili tamam olacaq. 26 il bundan qabaq Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
1991-ci il oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə edib. Nəhayət, oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da isə ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

XəzərNews.az bildirir ki, Modern.az saytı müstəqilliyimizin qəbul olunduğu ərəfədə meydanlara atılmış, Müstəqillik Aktına imza atmış xalq şairi Sabir Rüstəmxanlının fikirlərini öyrənib.

Sabir Rüstəmxanlı saytımıza açıqlamasında o dövrü heç zaman unutmayacağını deyib.

“Mənim üçün ən xoşbəxt gün 1991-ci ilin 18 oktyabr tarixidir. Həmin gün biz oturub ağlayırdıq ki, nəhayət, Moskvanın qulbeçəsi olan köhnə kommunistlərə, zərrə qədər vətən eşqi olmayanlara o sənədi qəbul etdirə bilmişik. 1991-ci ilin 17 oktyabrında hamımız Ali Sovetin binası ətrafında toplaşmışdıq. Müstəqillik haqqında sənəd qəbul edilməyənə qədər Ali Sovetin ətrafını tərk etməyəcəyimizə söz vermişdik. Xalq yumruq kimi birləşmişdi. Hamı könüllü şəkildə ölkənin müstəqilliyinə can atırdı”.

Xalq şairi deyir ki, o zamankı Kommunist Partiyasına başçılıq edənlər 1991-ci ilin martında referendum keçirdilər. Bütün əhalini SSRİ-nin tərkibindən ayrılmaq istəməməyə məcbur etdilər.

“Əslində, XX əsrin 70-80-ci illərində Azərbaycanda gedən intibah, dirçəliş məsələləri, ziyalıların, kitabların təsiri ilə gənclərin milli şüurundakı inkişaf elə bir yerə gətirib çıxarmışdı ki, Azərbaycanın müstəqillik məsələsi gündəmə gəlmişdi və azadlıq carçıları göz önündə idi. Hər kəs sözünü deyirdi. Bunun qarşısını almaq üçün Moskva Qarabağ məsələsini ortaya atdı və ermənilərə yardım etdi. Ardınca ölkəni bürüyən mitinqlər, mətbuatda gedən yazılar Moskva rəhbərliyini də çaş-baş salmışdı. 1991-ci ilin avqustunda dövlət çevrilişi cəhdi oldu. O zaman rus ordusu hələ Bakıda idi və fövqəladə vəziyyətdə referendum keçirmişdilər. Bizim də yollarımız bağlı idi.
1991-ci ilin 23 avqustunda böyük mitinq keçirdik. Mitinqə etirazlar olurdu. O zaman Xalq Cəbhəsinin iqamətgahını dağıtdılar. Bütün bunlar xalqa yenidən təkan verdi və avqustun 26-da meydana çıxdıq. Hamımız Azadlıq meydanına toplaşdıq. Bunun nəticəsi olaraq bir müddət sonra Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı”nı qəbul etdi”.

O zamankı meydan hərəkatının fəal üzvlərindən olan Sabir Rüstəmxanlı təəssüf etdiyi məqamları da dilə gətirib.

“Təəssüf ki, həmin sənədi qəbul edən o zamankı deputatların heç biri indi deputat təqaüdü almır. Müstəqilliyin əleyhinə olan bəzi adamlar isə bu gün müxtəlif vəzifələrin başındadırlar. Təəssüf ki, belə bir paradoks yaşayırıq. O zamanların əziyyətini çəkən adamlar bu gün yenə bir kənarda əziyyətin içində yaşayırlar. Amma o zaman müstəqilliyin əleyhinə olanlar indi üçrəngli bayrağın altında otururlar və özlərini elə aparırlar ki, sanki müstəqilliyin əleyhinə biz səs vermişik. Dolayı yolla müstəqilliyin tərəfdarı olanlara bir kin, istehza ilə yuxarıdan-aşağı baxırlar. Yəni deyirlər ki, “nə olsun ki, siz bu işi gördünüz, amma xeyrini görən bizik”.
Bütün olanlara baxmayaraq, bu imkandan istifadə edib xalqımızı təbrik edirəm. Müstəqilliyiniz mübarək!”.

Xəbər 805 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

20.11.2017  17:34 

Sabahın məzənnəsi

20.11.2017  16:25 

Merkeli istefaya çağırdılar

20.11.2017  15:48 

Prezident nəhayət İSTEFA VERDİ

20.11.2017  14:54 

UEFA-dan klublarımıza 427 min avro

20.11.2017  12:43 

Xəzərdə 2 balıqçı xilas edildi

20.11.2017  12:27 

FİFA prezidenti Bakıya gəlir

20.11.2017  11:57 

Məhərrəmlik çıxdı

20.11.2017  11:43 

Ağır qəzada ər-arvad öldü


BÜTÜN XƏBƏRLƏR +