Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


12.10.2017  10:57 

“Türkiyədə min hoqqadan çıxıb…” - Pərvin söz atdı





A+  A-

“Bu filmə (Zabit şərəfi) "Youtube"da kim baxıb?". Bu film demək olar ki, mənim sənətə ilk addımlarımı atdığım zamanlarda, 21-22 yaşlarımda çəkilib. Məni çoxları istedadlı, bacarıqlı və ya bacarıqsız adlandıra bilər. Türkiyədə min hoqqadan çıxıb, bir dənə də olsun türk kişi buraxmayan (ünvanlı) haqqımda irəli-geri 100 söz deyə bilər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Pərvin Abıyeva sosial şəbəkədə yazıb. Tanınmış aktrisa haqqında şayiə yayan şəxslərə müraciət edib:

“Mənim işimə şübhə edənlər çalışdığım böyük rejissorlara da şübhə etmiş sayılırlar. Çünki məni bu sənətə onlar seçib, gətirib. İlk addımlarımı dünənin gənc, yeni rejissorları ilə başlamamışam. O zamanlar mən sadəcə qızcığaz idim. İndiki kimi tanıdığım sənət əhli, bəzi qurduluların dediyi kimi arxamda da kimsəm yox idi. Mən sadəcə kinostudiyaya rəfiqəsi üçün hədiyyə alıb aparan zaman kəşf edilən bir qızcığaz idim. Amma bu sahədə fəxr etdiyim bir məsələ var.

Mən bu sənətə hansısa gözəllik salonlarında modellik edənlər kimi və ya reklam, seriallarla gəlməmişəm. Həmin insanları aşağılamıram. Fəxr edirəm ki, mənim sənətə ilk yolum Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından keçib. Kinostudiyada işləməyin nə olduğunu həmkarlarım bilir. Hələ də böyük aktyorlarla işləyirəm. Keçdiyim yol mənim üçün bir məktəb olub.

Mən sizin görmədiyiniz dövlətin film fonduna gedən ən az 5 filmə çəkilmişəm. Bax, mən bunlarla fəxr edirəm. Ona görə də haqqımda kim nə deyir, desin”.

Xəbər 1445 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +