Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.10.2017  21:46 

Azərbaycanda yeni Fond yaradılır





A+  A-

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında fərman imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılsın.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi” təsdiq edilir (əlavə olunur).

Müəyyən edilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (bundan sonra – Fond) mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir; Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir; Fondun nizamnamə kapitalı 100 000 (bir yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun beş üzvdən ibarət Himayəçilik Şurası həyata keçirir; Fondun fəaliyyətinə cari rəhbərliyi Fondun İcraçı direktoru həyata keçirir.

Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

- Azərbaycan Respublikasının Prezidentinə:

Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

Fondun icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

Fondun yenidən təşkili və ləğvi;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

Fondun işçilərinin say həddinin və əməkhaqlarının müəyyən edilməsi;

- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə:

bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabinetinə tapşırlır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Fondun fəaliyyətini təmin etmək məqsədi ilə üç ay müddətində onun inzibati bina ilə təmin olunması üçün tədbirlər görsün; bu Fərmanla təsdiq edilən Nizamnamənin 3.1-ci bəndinə uyğun olaraq, Fondun işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyinə fərmanda göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etmək tapşırılır.

Ədliyyə Nazirliyinə tapşırılır ki, Fondun dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Xəbər 896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +