Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.10.2017  15:57 

Elman Nəsirov: “Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır“





A+  A-

«Ermənistan ciddi cəhdlə çalışırdı ki, danışıqlar prosesi pozulsun və bundan sonra baş tutmasın. Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır. Hazırda Ermənistanın danışıqlar prosesinə qayıtması tendensiyasını müşahidə edirik».
XəzərNews.az xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin.
«Xüsusilə Avropa Şurası rəhbərliyinin, o cümlədən təşkilatın baş katibi Yaqlandın timsalına ölkəmizə qarşı davranışlar şübhəsiz ki, Azərbaycan cəmiyyətində mənfi qarşılanır. Münaqişə ilə bağlı düzgün olmayan yanaşmaya görə, yalana və böhtanlara görə cəmiyyətimiz onlara etiraz edir. Aİ proseslərdə obyektiv olmalı, AŞ ilə bu məsələ ilə bağlı məsləhətləşmələr aparıb Azərbaycanın haqq işini müdafiə etməlidir»- deyə, deputat qeyd edib.

Xəbər 4297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +