92,4 milyon manat ölkəyə necə qaytarıldı?
Daha üç məhkum həbsdə ölüb
Azərbaycanlı vəkil Evin zindanına KÖÇÜRÜLDÜ
İlham Əliyev Zelenski ilə görüşdü - FOTO
İmişlidə saxlanılan 14 nəfər həbs olundu
Novruz bayramında əfv olacaq?
Bu şirkətlər vətəndaşları ALDADIR
Bu evlər niyə sənədləşdirilməyəcək?
Şahin Mustafayev Əli Əkbər Əhmədian ilə görüşdü
“AZLOGİSTİK“ MMC-nin 40 min vergi borcu var


09.10.2017  14:35 

“Ermənistan buna nail ola bilmədi” - İlham Əliyev





A+  A-

Bu ilin doqquz ayında bütün sahələrdə dinamik inkişaf təmin edilib, iqtisadi göstəricilər müsbət olub.
XəzərNews.az xəbər verir ki, bu haqda prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib. Prezident bildirib ki, bu müddətdə qeyri-neft iqtisadiyyatının 2,5 faiz artıb. Bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Prezident vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib.

Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirdi, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev bu məsələdə mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlət başçısı onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.

İ. Əliyev diqqətə çatdırıb ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.

Xəbər 2594 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu

22.01.2025  10:20 

DİN əhaliyə MÜRACİƏT ETDİ

22.01.2025  09:59 

Didərgin ömür...

22.01.2025  09:00 

Sürücülərin nəzərinə!

22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +