Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


09.10.2017  12:15 

“Seçim tələbi müstəqilliyimizə təhlükə yaradacaq“ - Asim Mollazadə





A+  A-

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Strateq.az-a müsahibəsində Azərbaycanın beynəlxalq münasibətlərdə üzləşdiyi çətinliklərdən, ölkə daxilindəki problemlərdən danışıb.
XəzərNews.az həmin müsahibəni təqdim edir:

– Asim bəy, ABŞ-Azərbaycan münasibətləri həmişə ziqzaqlı xarakter daşıyıb. Ancaq son zamanlar münasibətlərdə daha çox gərginlik hiss olunur. Sizcə, bu gərginliyin kökündə nə dayanır? Ümumiyyətlə, bu iki ölkənin bir-birindən gözlədikləri nədir?

– Azərbaycan-Amerika münasibətləri strateji tərəfdaşlıq əlaqələridir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ABŞ ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, ABŞ Azərbaycana enerji strategiyasını həyata keçirməkdə mühüm dəstək verib. Söhbət neft müqavilələrindən, boru xətlərindən, Azərbaycan neftinin dünya bazarına çıxarılmasından gedir.

Ancaq eyni zamanda, ABŞ-ın öz daxili siyasətindən, ənənələrindən irəli gələn bir sıra problemlər də mövcuddur. Məsələn, Azərbaycan müstəqilliyini yenicə qazanan zaman ABŞ Konqresi ölkəmizə qarşı ədalətsiz 907-ci Akta düzəlişi qəbul etdi. Bunun arxasında, təbii ki, erməni lobbisinin fəaliyyəti dururdu. Erməni lobbisinin ciddi, peşəkar və böyük maliyyə resurslarına malik mütəşəkkil qrup olduğunu Azərbycanda hələ çoxları yaxşı dərk etmir. Bu lobbi, öz güc və imkanlarına görə, dünyada 3-cü yerdə durur. Uzun illərdir Türkiyə ilə mübarizədə püxtələşib. Azərbacan müstəqil olduqdan və Qarabağ münaqişəsi yarandıqdan sonra isə bu lobbinin bütün işi Azərbaycana qarşı informasiya müharibəsi aparmaqdan ibarət olub. Sözsüz ki, bu da nəticə etibarilə müəyyən zamanlarda Amerika-Azərbaycan münasibətlərinə xələl gətirib.

Lakin buna baxmayaraq, hər zaman ABŞ administrasiyasında başa düşüblər ki, Azərbaycan Amerikanın ən önəmli tərəfdaşıdır. Söhbət təkcə enerji layihələrindən yox, həm də çox mühüm istiqamət olan təhlükəsizlik amilindən gedir. 2001-ci ildə ABŞ-a hucum olduqdan sonra Azərbaycan antiterror koalisiyasının ən fəal üzvlərindən birinə çevrilib. Ölkəmiz hazırda ABŞ-ın apardığı əməliyyatlara çox böyük logistik dəstək verir. Bu, bizim özümüz üçün də çox əhəmiyyətlidir. Çünki biz də terrordan əziyyət çəkən ölkəyik.

Lakin bu əməkdaşlığa maneçilik törədən qruplar da var və son illər Azərbaycana qarşı güclənən informasiya müharibəsində erməni lobbisi tək deyil. Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyən, son illər öz şəbəkəsini Qərbdə gücləndirən qüvvələr də onlara çox fəal dəstək verirlər. Qərbin demokratik üsullarından məhz yeni yaranmış dövlətlərə qarşı istifadə edən bu şəbəkə Azərbaycana qarşı informasiya müharibəsində çox aktivdir…

– Yəni, açıq desək, hesab edirsiniz ki, ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyin əsas baiskarı erməni lobbisi və Rusiya, onların əlbir hərəkətidir? Bəs əsas məqsəd nədir?

– Azərbaycanın br neçə strateji layihəsi var ki, onlar keçmiş imperiyanı çox ciddi narahat edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Bu baxımdan, TAP və TANAP layihələri Azərbaycanla bu istiqamətdə rəqabət aparmaq istəyən qüvvələr üçün təhlükə sayılır. Bunun qarşısını almaq üçün həmin şəbəkə son illərdə çox ciddi iş aparır. Şəbəkənin fəaliyyəti həm Avropada, həm də ABŞ-da erməni lobbisi ilə hər iki istiqamət üzrə koordinasiya olunur. Demək olar ki, bizə ikitərəfli hucum var və bu hucumda vaxtilə SSRİ-nin yaratdığı solçu – kommunist şəbəkədən, patisifist QHT-lərdən istifadə olunur. SSRİ-nin süqutundan sonra bu şəbəkə dağılmışdı. Lakin son illər bu, yenidən bərpa olunub. Azərbaycanın müstəqil siyasət yürütməsi isə onları bərk qıcıqlandırır. Həmin şəbəkə çox maraqlı bir üsul tapıb: onlar Qərbdə hər zaman həssas yanaşılan demokratiya və insan hüquqları amilindən məharətlə yararlanırlar. Xüsusən də Qarabağ məsələsində. Ermənistan Qarabağı Azərbaycandan ayırmaq istəyinə belə hüquqi don geyindirir ki, məzlum ermənilər insan hüquqlarının kobud şəkildə pozulduğu ölkədə yaşamaq istəmirlər, onlara ya müstəqillik verilməlidir, ya da Ermənistana birləşməlidirlər. Ermənistanın, erməni lobbisinin mövqeyində ön plana çıxan bu mövqeni Yerevanın arxasında duranlar da fəal şəkildə müdafiə etməklə, ondan öz siyasətlərində yararlanırlar. İstəyirlər ki, Azərbaycanı barbar müsəlman diktaturası kimi dünyaya təqdim edərək, sonda da ölkəni sıxışdırıb yenidən SSRİ-yə bənzər birliklərə üzv etsinlər.

Təkrar edirəm: son illərdəki gərginliyin arxasında da məhz bu iki qüvvənin koordinasiya olunmuş fəaliyyəti, bizə qarşı ciddi informasiya savaşı durur. Müharibə təkcə səngərlərdə getmir.

Hesab edirəm ki, biz də özümüzü müdafiə etmək üçün böyük işlər görməli, dünyaya Azərbaycan gerçəklərini anlatmalıyıq. Düzdür, bu, çox çətin məsələdir. Etiraf edək ki, Azərbaycanın həm Avropada, həm də ABŞ-dakı diasporası şox kiçik və zəifdir. Azərbaycan üçün çalışan lobbi təşkilatları isə, demək olar ki, yoxdur.

– Amma dövlət tərəfindən diaspora işi üçün xeyli vəsait ayrılır. Diaspora Komitəsinin məsul şəxsləri isə tez-tez xaricdə güclü bir diaspora sistemimizin qurulduğundan danışırlar…

– Baxın, Azərbaycanın ən böyük diasporası bu gün Rusiyadadır. Amma milyonlarla azərbaycanlının diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ləğv edildi. İndi hansı gücdən danışmaq olar ki, təşkilat heç özü özünü müdafiə edə bilmədi?

– Necə bilirsiniz, ÜAK-ın ləğvi də yuxarıda dediyiniz o "gözəgörünməz" şəbəkənin fəaliyyətinin nəticəsi deyildimi?


– Bəli, bu da Azərbaycana qarşı aparılan müharibənin tərkib hissəsdir. Biz o şəbəkəni gözəgörünən etməli, bu hucumların mahiyyətini çatdırmalı, Azərbaycana qarşı atılan addımları ifşa etməliyik. Demokratiya ilə bağlı problemlər bütün postsovet ölkələrində var və bunun olması da təbiidir. Çünki totalitar sistemdən çıxmış ölkələrdə belə problemlər hər zaman olur. Onları aşmaq üçün zəruri olan demokratik dövlət quruculuğu isə zaman tələb edir. Necə olur ki, yalnız Azərbaycandan bu tələb edilir? Son zamanlar bizim qədər təqibə məruz qalan ölkə yoxdur. Rusiyaya baxın: orada 100-lərlə jurnalist, siyasətçi öldürülüb, həbsə atılıb. Müxalifət isə, demək olar ki, məhv edilib. Bununla bağlı hansısa ciddi tənqidlər eşidilirmi? Yox. Ancaq baxın, Azərbaycana qarşı sərt qaydalar tələb edən həmin beynəlxalq təşkilatın nümayəndələri Rusiyaya qarşı sanksiyaların götürülməsini tələb edirlər. Bunun özü çox şey deyir…

Odur ki, biz hər bir prosesi diqqətlə izləməli, adekvat cavab vermək üçün öz sistemimizi qurmalıyıq. Bunu yalnız diplomatların vasitəsi ilə həyata keçirmək olmaz. Bu işləri ancaq Xarici İşlər Nazirliyinin ümidinə buraxsaq, onda problemlərin həllini tapa bilməyəcəyik. Biz dost qrupunu müəyyənləşdirməliyik. Burada parlament diplomatiyası, ictimai təşkilatlar, media qurumları paralel və fəal işləməli, işə çöx böyük və peşəkar qüvvə səfərbər olunmalıdır.

– Xaricdən Azərbaycana yönələn təzyiqlərin başında açıq cəmiyyətlə bağlı tələblər durur. Olmazmı ki, elə bu təzyiqlərdən yaxa qurtarmaq üçün biz ilk növbədə ölkə daxilində təzyiq üçün əsas verilməyən bir mühit yaradaq?

– Təzyiqlər biristiqamətli deyil. Açıq cəmiyyəti bir qüvvə, demokratiya və hüququn aliliyini isə digər qüvvə tələb edir. Yəni, tələblər şeçidlidir. Biz, təbii ki, bu prosesdə irəli getməliyik və onların tənqidi üçün əsaslar verməməliyik. Ancaq onu da nəzərə almalıyıq ki, bu, asan deyil. Bir çox vətəndaşlarda, xüsusən də məmur korpusunda hələ də sovet şüuru qalmaqdadır. Bunu aşmaq üçünsə zaman gərəkdir, bəlkə də bir nəsil dəyişməlidir. Birdən-birə heç bir ölkə göz qırpımındaca demokratik ölkəyə çevrilməyib. Bunun arxasında müəyyən bir zaman, islahatlar, yol və nəsillərin dəyişməyi durur…

– Şərqi Avropa və Baltikyanı ölkələr də "sovet şineli"ndən çıxıblar. Ancaq etiraf edək ki, onlarda bizdəki kimi problemlər olmadı…

– Şərqi Avropa və Baltik ölkələri kommunist sisteminə 2-ci dünya müharibəsindən sonra gəlib çıxıblar. SSRİ-dəki kimi, "qırmızı terror”a, kollektivləşməyə, milli elitanın dağıdılmasına məruz qalmayıblar. Onların elitası müharibədən sonra Qərb ölkələrində yaşayıb. Sovet sistemi çökəndən sonra qayıdıb öz ölkələrinə gəliblər. Odur ki, onlar sürətlə inkişaf edə biliblər. O ölkələrin, bizdən fərqli olaraq, NATO və Avropa Birliyi kimi "çətiri” olub. Çətiri olmayan ölkələr isə keçmiş SSRİ məkanıdır. Sabiq sovet respublikaları müstəqillik qazandıqdan dərhal sonra münaqişələrə sövq ediliblər və bu münaqişlər Azərbaycan, Gürcüstan, Moldova, bu günsə artıq Ukraynanın ərazilərinin işğalı ilə nəticələnib. Biz ərazimizin 20 faizini itirmişiksə, Ermənistan 100 faiz öz müstəqilliyini itirib. Yəni, o da eyni sistemin qurbanıdır…

– Əksər müşahidəçilər bu qənaətdədir ki, bütün bu təzyiqlərin əsas məqsədi Azərbaycanı seçimə sövq etməkdir: Azərbaycan aydın şəkildə ya Moskvanın, ya da Qərbin yanında yer aldığını bəyan etməlidir. Sizcə, biz bu seçimdə hansı tərəfdə yer almalıyıq?

– Mən hansısa tərəfi seçməyə ehtiyac görmürəm. Azərbaycan hər zaman özünü və öz maraqlarını seçməli, maraqlarına uyğun da siyasətini həyata keçirməlidir. Hətta bizimlə ziddiyyətdə olan ölkələrlə belə, ortaq nöqtələr tapıb, bu istiqamətdə öz maraqlarımıza uyğun hərəkət eləməliyik. Məsələn, bu gün Ermənistana ən böyük iqtisadi dəstəyi verən İrandır. Lakin Azərbaycan İranla da normal əməkdaşlıq həyata keçirmək istəyir. Yaxud, Rusiya bizim böyük qonşumuzdur, birgə tarixmiz olub. Azərbaycan bu ölkə ilə də əməkdaşlqıda çox maraqlıdır. Odur ki, bu seçim tələbi əgər kənardan olacaqsa, deməli, müstəqilliyimizə təhlükə yaranacaq. Biz bu təhdidləri suverenliyimizə təhlükə kimi qiymətləndirib, dünyaya nümayiş etdirməliyik.

– Siz hazırda suverenliyimizə real bir təhlükənin olduğunu görürsünüzmü?

– Bu gün Azərbaycanın ən böyük problemi müstəqilliyimizə və ərazi bütövlüyümüzə olan təhlükədir. Deməli, güclü olmalıyıq. Son illər Azərbaycanda güclü ordunun yaradılması prosesi gedib, istənilən təxribata layiqincə cavab verə bilirik.

Hesab edirəm ki, biz İnformasiya müharibəsində də beləcə güclənməliyik. İstəyirəm ki, bu müharibənin önəmini Azərbaycanda yaxşı anlasınlar. Bunun əhəmiyyəti cəbhədəki döyüşlərdən az deyil.

– Son illər belə bir deyim dəbə düşüb: ölkənin xarici siyasəti onun daxili siyasətinin bir aynasıdır. Azərbaycanın daxili siyasəti yürüdülən xarici siyasətə adekvatdırmı? Sizə elə gəlmirmi ki, bir çox problemlər həm də özümüzdən, öz içimizdən qaynaqlanır?

– Mən çox istərdim ki, bizim məmurlar prezidentin səviyyəsinə uyğun işləyə bilsinlər. O zaman bizim bir çox problemlərimiz həllini tapar. Təəssüf ki, biz bu gün bunu görmürük. Bütün məsələlər isə bir-birinə zəncirvari bağlı olan amillərdir.

– Sizcə, ilk növbədə hansı addımlar atılmalıdır?


– Yeni nəsil məmurları yetişdirməliyik. Təhsil və mədəniyyət dövlətin qarşısında duran ən əsas istiqamətlərdir. Peşəkar menecerləri yetişdirməliyik. Yüksək idarəetmə mədəniyyəti formalaşmalıdır. Bu iki istiqamət dövlət və xalq üçün həyat yoludur.

– Gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Partiyanız seçkilərə qatılacaqmı?

– Bu barədə hələ qərarımız yoxdur.

– İndidən belə şərhlər səslənir ki, gələn il keçiriləcək seçkilərdə beynəlxalq güclər hansısa təzyiqlərə əl ata bilər. Burada ən çox adı hallanan da Rusiyadır. Moskvanın seçkiyə müdaxilə imkanlarıyla bağlı nə deyə bilərsiniz?


– Mən bu təhlükəni təkcə seçki ilə bağlamazdım. Bu qüvvələrin imkanı olsa, Azərbaycanda sabitliyi hər zaman pozmağa çalışarlar. Bu, təkcə Rusiya deyil. Rusiyanın müttəfiqləri də bu istiqamətdə fəaliyyət göstərmək istəyirlər. Amma mən inanmıram ki, hər hansı xarici amil ölkənin daxilindəki sabitliyi pozaraq, böhran yarada bilsin. Belə bir qüvvəni, ölkəni görmürəm. Cəhdlər isə hər zaman olub və olacaq. Rusiya ilə yanaşı, islam inqilabı ixrac etməyə çalışan ölkələr, o cümlədən təhlükəli dini cəryanlar tərəfindən də belə cəhdlər edilə bilər. Odur ki, dövlətimiz güclü olmalıdır. Xarici təhlükələrə cavab verməyə qadir olmalıyıq.

– Son vaxtlar Rusiya tərəfi Avrasiya İttifaqı kimi şirnikləndirici təkliflə çıxış edir. Hətta belə fikir də ortaya atılıb ki, Azərbaycan bu İttifaqa daxil olsa, Qarabağ problemi həll olunacaq…

– Əgər Qarabağ probleminin həlli bu yolla mümkün olsaydı, elə Avrasiya İttifaqı, yaxud digər ittifaqlar yaradılanda, gərək, həll olunardı. Rusiyanın belə istəyi varsa, onun üçün bu məsələni həll etmək çox asandır. Ermənistan silahlı qüvvələri artıq Rusiya silahlı qüvvələrinin tərkib hissəsinə çevrilib, HHQ Rusiyaya məxsusdur…

Mən inanmıram ki, postsovet məkanında hansısa münaqişənin həlli istiqamətində bir irəliləyiş olsun. Hətta Ukraynaya görə Rusiyaya sərt sanksiyalar tətbiq olunsa da, heç bir dəyişiklik yoxdur. Belə iddialar ortaya atmaqda məqsəd ictimai rəyi yanlış istiqamətə sürükləməkdir. Hətta bu birliyn üzvü olan ölkələr belə, başa düşürlər ki, onun perspektivi yoxdur və süni yaradılıb.

– Siz vətəndaşlarımızda sovet şüurunun qaldığını qeyd etdiniz. Etiraf etməliyik ki, ölkədə "sovet irsi” var. Hətta internetdə bu irsin təbliği ilə bağlı geniş təbliğat da aparılır. Bu nostaljidir, yoxsa dəqiq hədəfi olan bir siyasət?

– Şübhə etmirəm ki, bunun arxasında müvafiq ölkə və onun maraqları durur. SSRİ-nin varisləri, onu bərpa etmək istəyənlər nəinki sovet miflərini dirildir, həm də çalışırlar ki, Çe Gevara tipli solçular, ideyaları təbliğ olunsun. Bu, özlyündə Azərbaycana qarşı aparılan ideoloji müharibənin tərkib hissəsidir. Biz bunun qarşılğında sovet sistemi tərəfindən məhv edilmiş milli elitamızı xatırlatmalıyıq. SSRİ vaxtı xalq öz dinindən, mədəniyyətindən, mülkiyyət hüququndan məhrum edilmişdi. Bu gün də biz bunun acısını çəkirik.

– Diqqətçəkən odur ki, bu təbliğatda SSRİ vətəndaşının sosial vəziyyəti gənc Azərbaycanın bugünkü göstəriciləri tərəziyə qoyulur, müqayisə edilir və üstünlük də birinciyə verilir…

– O göstəricilərin hamısı yalandır. İndi SSRİ-ni, onun boş mağazalarını, çürümüş məhsulunu görməyən bir nəsil yetişir. Bu təbliğat onlara yönəlib. Bir misalı deyim. Azərbaycanda son 10 il ərzində SSRİ-nin bütün dövrü ərzində olduğundan çox məktəb tikilib, təmir edilib. Bu, böyük amildir…

– Hər kəs ölkədə islahatların aparılmasının gərəkliyini söyləyir. Siz indiki anda hansı islahatların aparılmasını vacib sayırsınız?

– Bizim üçün mühüm istiqamət sahibkarın imkanları ilə bağlıdır. Prezident İlham Əliyev bununla bağlı çox mühüm və zəruri sərəncamlar verib. Çox istərdik o fərman və sərəncamlar işləsin. Orta və xırda sahiblkarlıq azadlıqları təmin olunsun. Sahibkarın hüquqları mütləq müdaifə olunmalıdır. Sosial problemlərin həllində, iqtisadiyyatın inkişafında bu, çox böyük rol oynaya bilər. Hansısa dövlət müəssisələri, korporasiyalar deyil, xırda və orta özəl şirkətlər bir çox problemlərin həlli üçün daha çox töhfə verə bilərlər. Bu istiqamətdə məmur özbaşınalığının qarşısı alınmalı, müəyyən dövlət dəstəyi olmalıdır.

– Ölkədə 3 ildir ki, islahatlar prosesi elan edilib. Ancaq prosesin süni şəkildə əngəlləndiyini deyənlər də az deyil…


– Mənə elə gəlir ki, məmurların cilovlanmasının vaxtı gəlib çatıb. Fikirmcə, Azərbaycanda dünənlə sabahın savaşı gedir. Əminəm ki, bu savaşda sabah qalib gələcək. Amma dünənin müqaviməti bizim bir çox problemlərimizin səbəbidir.

Xəbər 3664 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +