Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


07.10.2017  16:08 

“Onların başı kiminsə qoltuğunun altındadır” - Hadı Rəcəbli





A+  A-

“Son vaxtlar ölkəmizdə gedən iqtisadi islahatlar, post-neft dövrünün maraqlı istiqamətləri, aqrar sahənin inkişafı, iqtisadi zonaların yaradılması vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına yönəlib. Əlbəttə, sentyabrın 14-də Bakıda Xəzər dənizindəki “Azəri-Çıraq- Günəşli” yatağının 2050-ci ilədək birgə işlənməsinə dair sazişin imzalanması dünyanı qıcıqlandırdı. Burada Azərbaycan müstəqil mövqe göstərdi. Azərbaycan təbii sərvətlərinin özünün idarə etdiyini dünyaya bəyan etdi. Bu addım bəzi Avropa dövlətlərini və bizi istəməyən qüvvələri qıcıqlandırdı. Bu qıcıq nəticəsində bir sıra dünya mətbuatında Azərbaycan əleyhinə kampaniya aparıldı. Bizim uğurlarımızı ləkələmək istəyi meydana çıxdı”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Komitə sədri bidlrib ki, həmin saziş imzalandıqdan sonra müxalif qüvvələr və müxalifət hərəkətə keçdi.

“Mitinqlər keçirmək həvəsinə düşdülər. Bunların cavabını isə cənab Prezident İlham Əliyev BMT-nin 72-ci sessiyasında çıxış edən zaman çox layiqincə verdi. Prezident çıxışı zamanı Dağlıq Qarabağ mövzusuna da toxundu. Eyni zamanda, qeyd etdi ki, dünyada ikili standartlar var. BMT öz fəaliyyətinə diqqət yetirməlidir. Qərarların icrasına nəzarət etməlidir. Bu çox ciddi bir çağırışıydı. İlham Əliyev bildirdi ki, əgər belə olmasa, biz “Aprel döyüşləri”ni təkrarlaya bilərik”.

H.Rəcəbli qeyd edib ki, 2002-ci il sentyabrın 24-də BMT-nin 58-ci sessiyasında o vaxt Baş nazir postunda olan, hazırki Prezident İlham Əliyev həmin dövr üçün çox kəskin çıxış etmişdi.

“İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasını çox kəskin tənqid etmişdi. O, bu çıxışı ilə demişdi ki, necə olur ki, sən öz qərarlarınən icrasına nəzarət edə bilmirsən? Həmçinin, Prezident İlham Əliyevin Avropa təşkilatlarının Azərbaycanda olan diplomatları ilə görüşü bir daha Azərbaycanın dünya çapında sərbəst, özünəməxsus siyasət apardığını göstərdi.

Bu gün bir çox oyuncaq dövlətlər var. Onların başı kiminsə qoltuğunun altındadır. Bu ölkələrin bir nömrəlisi elə Ermənistandır. Prezident də həmin görüşdə vurğuladı ki, biz Avropa Şurasından çıxsaq, dünya dağılmaz. Bunun nəticəsində bizim üçün heç bir problem olmayacaq. Buradan da bir məntiqi nəticə çıxır ki, Avropa Şurası, beynəlxalq təşkilatlar maraqlıdırlar ki, biz onlarla əməkdaşlıq edək. Əgər nəticə varsa, biz də onlarla əməkdaşlıq edəcəyik.
Beynəlxalq münasibətlərin son nəticəsi Azərbaycan vətəndaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Azərbaycanın müstəqil siyasət apardığını dünyaya göstərir. Bu da onunla bağlıdır ki, Azərbaycana rəhbərliyi İlham Əliyev kimi dünyavi siyasətçi edir”.

Xəbər 3807 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +