“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


06.10.2017  22:08 

Azərbaycanda istilik sistemlərinə də sayğac qoyulacaq





A+  A-

Kommunal Xidmətlərin Strateji Yol Xəritəsinə uyğun olaraq gələn ildən Azərbaycanda istilik sistemlərinə də sayğac qoyulacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Lent.az-a “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, sayğacların alınması ilə bağlı hökumətə təkliflər verilib: “Bununla əlaqədar şirkətlərlə danışıqlar aparmışıq, müvafiq təkliflər paketi hazırlayıb hökumətə təhvil vermişik. Sayğaclar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin reyestrinə salınmalıdır. Eyni zamanda həmin sayğacların sertifikatlaşdırılması üçün komitədə akkreditasiya olunmuş laboratoriya quraşdırılmalıdır. Maliyyə təminatı olandan sonra növbəti illərdə bu məsələlər öz həllini tapacaq. Maliyyə təminatı olandan sonra sayğacların quraşdırılması uzun vaxt çəkməyəcək”.

“Azəristiliktəchizat" ASC-nin rəsmisi bildirib ki, ilkin mərhələdə istilik sayğaclarının büdcə təşkilatlarına quraşdırılması nəzərdə tutulub: “Büdcə təşkilatlarında – Səhiyyə Nazirliyinin müəssisələrində bir binanın girişində sayğacın quraşdırılması mümkündür. Eyni zamanda, “Azəristiliktəchizat" tərəfindən isti su ilə təmin olunan yaşayış sahələri və sosial obyektlərdə də sayğacları quraşdırmaq olar. Texniki cəhətdən problem istilik sayğaclarının çoxmənzilli yaşayış binalarında quraşdırılması ilə bağlıdır. SSRİ-nin vaxtında tikilən çoxmənzilli yaşayış binalarında mənzillərdən keçən istilik xətləri bir mərtəbədən digərinə keçir. Bu vəziyyətdə də istilik sayğaclarının qoyulması mümkün deyil. Adətən istilik sayğacları binaların girişində, yaxud blokda paylanmalı olduğu halda mənzillərin girişində qoşula bilər”.

R. Əliyev isti su sayğaclarının quraşdırılmasının doğru hesablama aparılmasını təmin edəcəyini də qeyd edib: “İstilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadrat metrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadrat metrə tarif tətbiq olunanda bizim verdiyimiz temperaturdan asılı olmayaraq eyni tarif tətbiq olunur. İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq. Bu halda da daha doğru hesablama təmin olunacaq”.

Xəbər 1194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +