Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


04.10.2017  11:06 

Ziya Məmmədov quru yurdda qalır - Əmlaklarının müsadirəsi başladı





A+  A-

Sabiq nazirin xaricdə müxtəlif adlarla gizlətdiyi mülklər geri alınır
Sabiq nəqliyyat naziri Ziya Məmmədov 8 aydır vəzifəsindən çıxarılsa da, demək olar ki, hər gün onunla bağlı müxtəlif səpkili xəbərlər yayılır. Bunlardan ən çox diqqət çəkəni təbii ki, sabiq nəqliyyat nazirinin əmlakları ilə bağlıdır.

Hələ aylar öncə lPAŞA Bank» ASC «Garant İnşaat Sənaye» MMC-yə (əvvəlki «Azbentonit» sement və tikinti qatqıları zavodu), «Garant Holding» MMC-yə, «Azpod» MMC-yə və sabiq nazirin oğlu Anar Məmmədovun özünə qarşı iddia qaldırmışdı. Söhbət 1 milyon 141 min 203 manat borcdan gedirdi. Abşeron Rayon Məhkəməsi Məmmədovlara məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki lNərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoymuşdu. A.Məmmədov yalnız borcu ödədikdən sonra həbs qərarı ləğv olunmuşdu. Bundan sonra sabiq nazirin “Gulf Stream” markalı şəxsi təyyarəsinin əlindən alındığı xəbəri yayıldı. Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib.

Məmmədovların ailə biznesi olan “Garant Holdinq” də sürətlə çökməkdədir və belə görünür ki, şirkət tam iflas olduğunu açıqlayanadək bu proses davam edəcək. Məlumata görə, bu ilin yayından Məmmədovların şimal bölgəsində olan bizneslərinin təhvil-təslimi başlayıb. Xüsusilə Qubada “Garant Holding”in fəaliyyəti tam sıxışdırılıb. Bu yaxınlarda sabiq nazir “Nizami” metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxarıb.

Bu yaxınlarda isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun xaricdə daha bir neçə çox qiymətli daşınmaz əmlakı fiksə olunub və “müsadirə” edilib

Bu barədə azpolitika.info-ya sabiq nazirə yaxın mənbələrdən məlumat daxil olub.

Sayt yazır ki, Z.Məmmədovun ətrafında belə “əməliyyat-axtarış” tədbirləri 3-4 ildir ki, davam edir. Ən populyar versiyaya görə, Z.Məmmədov 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki xəyanətkar davranışlarına görə hakimiyyətin qəzəbunə tuş gəlmiş baş nazirin sabiq birinci müavini Abbas Abbasovla gizli əlaqələrinə görə cəzalandırılır. Onun Azərbaycandakı və xaricdəki bütün biznesinə “əl qoyuldu”, ətrafı təmizləndi, əksər səlahiyyətləri əlindən alındı və 2-3 il davam edən bu “budama prosesi”nin sonunda bu ilin fevral ayında Nəqliyyat Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirilməklə, Z.Məmmədovun formal nazir statusuna da son verildi. Vəzifəsini itirdikdən sonra Z.Məmmədovun doğulduğu Ucar rayonundakı malikanəsinə qapıldığı, hətta dini mütaliə ilə məşğul olduğu bildirilib.

Lakin belə görünür ki, nə Ziya Məmmədov mal varlığı ilə bağlı tam dolğun məlumatları təqdim edib, nə də ona inanıblar. Bu üzdən sabiq nazirin ətrafında kəşfiyyat fəaliyyətinə də son verilməyib. Elə davam edən bu fəaliyyət nəticəsində də Z.Məmmədovun vaxtilə soyad eyniliyi təşkil etməyən uzaq qohumlarının adına xaricdə bir neçə bahalı daşınmaz əmlak aldığı da müəyyənləşdirilib. Həmin şəxslər və onların adına olan əmlaklar təsbit edilib və səssizcə “müsadirə edilib”.

Məlumata görə, Z.Məmmədovun uzaq qohumları ilə “profilaktik söhbətlər” müsbət nəticələnib və onlar adlarına olan əmlakı səssizcə təhvil verməyə razılaşıblar. Bundan sonra həmin əmlaklar hökumətdəki qüdrətli şəxsin yaxınlarının adına keçirilib.

(musavat.com)

Xəbər 2034 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +