Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


03.10.2017  12:19 

Paytaxtda mənzil qalmaqalı: Gözdən Əlillər Cəmiyyəti, Nərimanov İcra Hakimiyəti və...





A+  A-

Şəhərin mərkəzində ev alacam sevdasıyla dələduzların toruna düşən Faiq Quliyev yeni yaşayış binasında 230 min dollarlıq mənzilindən olub. O, evini satmaqla həm borclarını ödəməyi, həm də yeni ev almağı hədəf seçibmiş. Amma necə deyərlər, sən saydığını say, gör dələduzlar sənin pulunu necə sayacaqlar...
F.Quliyevin Modern.az-a bildirdiyinə görə, hər şey Bakıda kafe işlətməyə başlamasından sonra baş verib:

Dələduzla tanışlıq...

“Əli adlı bir ağsaqqal var, 2014-cü ildə onun kafesini kirayəyə götürüb işlədirdim. Sonra işlər düz gətirmədi, ona təxminən 6 min manat borcum yarandı. Eyni zamanda, qızımın səhhətində narahatlıq vardı, onu müalicə etdirməli idim. Əli kişi 6 min manatını istəyəndə çox çabaladım, dövlət işində işləmədiyimə görə mənə banklardan kredit də vermədilər. Məcbur olub Nəsimi rayonunda yerləşən yeni tikilidəki 4 otaqlı mənzilimi satdım. Əli kişinin borcunu qaytardım. Bu vaxt o, mənə təklif etdi ki, qohumu Rahib Hüseynov vasitəsilə ucuz ev tapa bilərəm. Rahiblə tanışlığımız da elə o vaxt başladı. Rahib mənə 105 min manat (Onun gözü qarşısında 120 min dolları manata çevirib ona 105 min manat verdim –F.Q) qarşılığında Nərimanov rayonunda yerləşən gözdən əlillər üçün tikilən binada ev almağa söz verdi. Daha doğrusu o, təklif etdi ki, bu işi kredit müqaviləsi ilə edək”.

Aldadılan tək insan deyilmiş...

Nəzərdə tutulan bina tam hazır olub təhvil veriləndə Faiq Quliyev aldadıldığını anlayır:
“Əli kişi Rahibin qardaşının qayınatasıdır. Mənə dedi ki, narahat olma pulu geri alacam. Əlavə etdi ki, Rahib pulu Məzahir Nəsibov vasitəsilə Nərimanov rayon İcra Hakimiyyətində çalışan Şıxəliyev Yoməddinə verib”.

Sonra Faiq Quliyev aldadılan tək insan olmadığını başa düşüb. Rahib Hüseynov 19 nəfərə ev alacağı vədilə, onlardan ümumilikdə 1 mln. 234 min manat pul götürüb. Və M.Nəsibov vasitəsilə Yoməddinə verib. Nərimanov rayon İcra Hakimiyyəti isə deyilənləri təkzib edir.
Məsələni yerində dəqiqləşdirmək üçün əlaqə saxladığımız Nərimanov rayon İcra Hakimiyyətindən bildirildi ki, vətəndaş yaranmış problemlə bağlı şəxsən qəbul şöbəsinə müraciət edə bilər.
Qayıdaq 105 min manatın aqibətinə. Şikayətçi deyir ki, 105 min manat vəsaitin qarşılığında R.Hüseynov ona 27 min manatını geri qaytarıb.
Məntiq onu deyir ki, R.Hüeynov F.Quliyevdən aldığı pulu lazımi ünvana çatdırıbsa, 27 min manatı niyə geri qaytarmalı idi. Burada quyruq görünür.
Özü də necə...

Faiq Quliyev geri alda bildiyi 27 min manat məsələsinə belə aydınlıq gətirir.

“Ondan 2016-cı ilin vurulmuş “Nissan Altima” avtomobilini bu vəsait əvəzinə geri ala bildim. Razılaşdıq ki, maşın 13 min manat dəyərində qiymətləndirilsin. Daha sonra mənə dəyəri 10 min manat məbləğində daşburaxan maşın verdi. Son olaraq da mənə torpaq göstərdi, hansı ki, onun heç bələdiyyədən sənədi belə, yox idi. Guya mənə verirdi. Mən o torpağı neləyəcəkdim ki?
Nəsə o torpağı deyil, əvəzində 4 min manat pul verdi. Ümumilikdə borcdan 27 min manatı çıxdım. Qalan vəsaiti geri qaytarmır.
Ona görə də məsələ məhkəməyə qədər getdi.12 iyun 2017-ci ildə Nərimanov rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyilə keçirilən iclasda mənim xeyrimə qərar qəbul edildi. Amma Rahib mənim pulumu qaytarmır. Deyir “Nərimanov rayon İcra Hakimiyyətindən nə vaxt pulu qaytarsalar, onda da verəcəm””.
İndi çətin durumda olan Faiqin yoldaşı və övladları qayınanasının evində, özü isə bacısının evində yaşayır.

Dələduz şəbəkənin üzvləri Almaniyaya qaçıb

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Modern.az-a deyib ki, gözdən əlillər üçün nəzərdə tutulan evlər satış üçün tikilməyib:

“2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Nərimanov rayonu, Faiq Yusifov 40 ünvanında gözdən əlillər üçün yaşayış binasının tikintisinə başlanıb. 2015-ci il 24 dekabrda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə binanın açılışı edildi. Bakı şəhərinin 11 rayonunda yerli icra hakimiyyətlərində mənzil növbəsində olan I və II qrup gözdən əlillərə paylanıb. 11 rayon İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət yaradılmış Komissiya mənzillərin tam şəffaf, növbəlilik prinsiplərinə uyğun paylanmasına təminat verib. Mənzillər paylandıqdan sonra bir qrup şəxs bizə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək Məzahir Nəsibovun onlardan külli miqdarda vəsait alaraq, həmin binadan mənzil verəcəyini bildirdiyini deyib.
Sonradan müəyyən olunub ki, dələduzluq faktında Məzahir Nəsibov tək olmayıb, Rahib Hüseynov kimi şəxslər də onunla əlbir olaraq vətəndaşları onlara mənzil alacaqları adı ilə aldadıblar. Halbuki, vətəndaşlar bilməli idi ki, bu, dövlət vəsaiti hesabına gözdən əlillər üçün tikilən binadır və kiməsə satıla, bağışlana bilməz. Bunlar bir şəbəkə qurub. Bu şəbəkə vasitəsilə Məzahir və Rahib vətəndaşları aldadaraq 1 milyon manatdan çox vəsaiti mənimsəyib. Məndə olan məlumata görə, Məzahir Nəsibov hazırda Almaniyadadır. Rahib Hüseynov “pulu Məzahirə vermişəm” deməklə özünü təmizə çıxardığını sanır.
Rahib deyir ki, guya həmin şəxslər onun qohum-əqrəbasıdır, xalası, əmisi, dayısı, xalası uşağı və s.dir. Sonradan məlum oldu ki, bunların heç biri arasında heç bir qohumluq əlaqəsi yoxdur. Rahib aldığı vəsaitin müəyyən hissəsini özünə götürdükdən sonra qalanını Məzahir Nəsibova verib. Məzahir ölkədən qaçandan sonra bizə və müxtəlif məmurlara qarşı şantaja başlayıb. Guya vətəndaşları biz aldatmışıq. Mən də sual verirəm ki, pulu kimə vermişdiniz?
Deyirlər “Rahibə, o da Məzahirə verib”. Bizə o da məlum oldu ki, Məzahirlə vətəndaşlar arasında müxtəlif vaxtlarda borc müqaviləsi bağlanıb. İndi ayılıblar ki, “biz sizin yataqxanada qeydiyyatda olmuşuq, bəs Nərimanov İcra Hakimiyyəti sərəncam verib”.

Zərərçəkmişlərin ifadə vermələrinə əngəllər yaradılır

S.Abdullayev qeyd edir ki, qeydiyyata düşmək vətəndaşa hansısa binada mənzil veriləcəyi anlamına gəlmir:

“Sərəncamda yazılmır ki, həmin binada sizə ev veriləcək. Ümumi əsaslarla növbəyə dayanıblar, bunların heç birinin güzəştli əsasları yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində də göstərilib ki, yalnız imtiyazlı şəxslər-I, II qrup əlillər, müharibə iştirakçıları, şəhid ailələri növbədənkənar və növbəli şəkildə mənzillə təmin edilir. Aldadılan şəxslər iddia edir ki, onlar qeydiyyata əlil kimi götürülüblər. Binanın sifarişçisi biz olmasaq da, sədr olaraq dərhal 2015-ci ilin aprel ayında Nərimanov rayon Polis İdarəsinə və Nərimanov rayon Prokurorluğuna müraciət etdim. Mənim müraciətimə əsasən, Nərimanov rayon Prokurorluğunun göstərişilə Nərimanov rayon Polis İdarəsində cinayət işi açıldı. O vaxtdan bu günə qədər zərərçəkmiş şəxslərin bir çoxuna ifadə vermələri ilə bağlı müraciət edilib. Amma təəssüf ki, o qədər insandan cəmi 6-7 nəfər istintaq orqanlarında ifadə verməyə razı oldu, əksəriyyət istintaqdan yayındı. Yayınmalarının da səbəbi bunun qruplaşma tərəfindən təşkil olunmasıdır. Onlar bildilər istintaq onlara sual edəcək ki, “sənin nə marağın vardı bu qədər vətəndaşı ev almağa vadar edirdin”.
Rahib kimi şəxslər vətəndaşları şantaj edərək, yalançı vədlər verərək, ifadə vermələrinə əngəl olurlar. Hazırda iş Nərimanov rayon Polis İdarəsindən alınıb Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırma aparılır. Mən və müvafiq şəxslər də məsələ ilə bağlı izahat vermişik. Təbii ki, biz vətəndaşların aldadılmasını istəmərik. Amma bu yola gedən vətəndaş bilməlidir ki, məsələ hüquqi müstəvidə aydınlaşdırılmalıdır. Hüquq mühafizə orqanlarının Məzahir Nəsibova qırmızı bülleten çıxarması və onun ölkəyə gətirilməsi üçün vətəndaşların ifadə vermələri mütləqdir”.

“Məzahir Nəsibov Azərbaycana qayıtmalıdır”

Cəmiyyət sədri deyir ki, bunlar bir şəbəkə olub: “Bəzisi özünü Nərimanov rayon İcra Hakimiyyətinin, bəzisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, bəzisi Gözdən Əlillər Cəmiyyətinin əməkdaşı kimi təqdim edib. Əslində isə onların qeyd etdiyim bu qurumlarla heç bir bağlılıqları olmayıb. 4 ildir ki, bu insanları aldadıb, hər dəfə bir bəhanə ilə yola veriblər. Vətəndaşlara “ bu barədə heç kimə söz deməyin, mən orada işləyirəm, mənim orda adamlarım var, kiməsə desəniz iş pozula bilər” deməklə aldadıblar. Məzahir Nəsibov 10 il türmədə yatıb, hətta onunla bir kamerada yatan adamı aldadıb. Məzahir Süleymanov sosial şəbəkələr vasitəsilə müraciətlər yaydı, şantaj etdi bizi. Ona iki dəfə mesaj göndərdim ki, gəl açıqla görək mən səninlə harada, hansı restoranda görüşmüşəm. Ancaq Məzahir gəlmir. Çünki qəbahətini bilir. Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə açılan cinayət işinə cəlb olunmalıdır. Hətta, Azərbaycan tərəfi Məzahirin ekstradisiyası üçün Almaniyaya müraciət edə bilər”.

S.Abdullayev qeyd edib ki, hazırda gözdən əlillər üçün tikilən binada yaşayan insanların hamısı I və II qrup şəxslərdir:
“İstənilən ünvanda yaşayan insanın adını çəkin, onlarla sizin görüşünüz şərait yaradarıq”.
Rahib Hüseynovla da əlaqə saxladıq. Öncə bütün təqsiri Nərimanov İcra Hakimiyyətinin üstünə artan bu şəxs, bizim icra hakimiyyəti ilə əlaqə saxlayacağımızı bildkdə fikrini dəyişdi, hədəf olaraq Gözdən Əlillər Cəmiyyətini göstərdi.
Daha sonra isə bildirdi ki, bütün pullar Məzahir adlı şəxsə verlib. Məzahiri isə guya İcra Hakimiyyəti ilə Gözdən Əlillər Cəmiyyəti Almaniyaya qaçırıb. Heç şübhəsiz ki, bu kimi məsələləri araşdırmaq, qərar vermək məhkəmələrin işidir.
Biz baş vermiş qanusuzluqları müvafiq qurumların diqqətinə çatdırırıq.

Xəbər 984 dəfə oxunub.



28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +