“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


03.10.2017  10:14 

Əsrin böyük bəlası: homoseksuallıq





A+  A-

Yeni nəsil üçün dəb anlayışı adətən televiziya proqramlarında, sosial şəbəkələrdə tanınmış simaların və ya müəyyən insanların birbaşa yaxud şüuraltı formada təqdim etdikləridir. Saxta intellektuallıq, özündənrazılıq, modabazlıq, anarxistlik, müsəlman olmaqdan utanmaq və əsrin ən böyük bəlası olan homoseksuallıq bəzilərinin yaratmağa çalışdığı gənclik modelinin xüsusiyyətlərindəndir. Olduğu mühitdə qəbul olunmağın, müasir görünməyin yolları kimi təqdim olunan bu xüsusiyyətlər əslində dəb deyil, əsrin böyük bəlasıdır.
Bu xüsusiyyətlər içərisində ön sıralarda yer alan və insan hüquqlarının problemi kimi təqdim edilən homoseksuallıq qınaq obyekti olmasın deyə cəmiyyətdə xəstəlik kimi təqdim edilir. Lakin bu, hər hansı xəstəliyin törətdiyi fəsad deyil. İslam dini də daxil olmaqla bütün səmavi dinlərin müqəddəs kitablarında haram edilmış əməldir.

Dövrümüzdə homoseksuallıq elə səviyyədə inkişaf edib ki, hətta buna qarşı olan insanlar özləri çox zaman qınaq obyektinə çevrilirlər. Bəzi dövlətlərin homoseksual evliliyə rəsmi icazə verməsi, hətta belə “ailələrin” övladlığa uşaq götürə bilmələri cəmiyyətdə əxlaq anlayışından bixəbər uşaqların yetişməsinə və psixoloji travma almalarına səbəb olur. Statistikaya görə, belə uşaqların 29%-i məhz öz «valideynləri» tərəfindən cinsi istismara məruz qalırlar. Bunun təkcə rəsmi rəqəmlər olduğunu nəzərə alsaq, məsələnin nə qədər ciddi və əhəmiyyətli olduğunu daha aydın görə bilərik. Çünki təcavüzə məruz qalan bir çox uşaq başlarına gələn bu hadisələrdən utandıqları, ya da qorxduqları üçün heç kimə məlumat vermirlər. Depressiyaya düşməyə meyilli olan bu uşaqlar böyüdükdə çıxış yolunu ya narkomaniyada, ya da intiharda görürlər.

Bütün dünya səviyyəsində getdikcə artan və şüurlu şəkildə insanlara təşviq edilən homoseksuallıq cəmiyyətdə daha çox qəbul olunduqca dünya daha böyük uçuruma doğru sürüklənir.

Səbəb isə imansızlıq, Allah qorxusunun olmaması, yaradılış məqsədini bilməməkdir. Bir insan harama girərək heç vaxt xoşbəxt ola bilməz, çünki Allah Quranda bizə halalları da, haramları da açıq şəkildə bildirmişdir. Allahın lənətlədiyi homoseksuallıq kimi cinsi azğınlığı həyat yolu seçən biri həm özünü, həm də bəşəriyyəti böyük bəlanın içinə salmış olur. Barmaqla sayılacaq qədər az olan haramlara baxmayaraq, o yolu tutan insanlar Allahın Quranda bildirdiyi kimi, həddi aşanlardır.

Qurani-Kərimdə deyilir: “Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!" (“Əraf” surəsi 80-81)

Hər cür əxlaqsızlığa əl atıb xoşbəxtliyi fərqli yerlərdə axtaran, öz cinsindən olan insanlardan zövq almağa çalışan, içki, qumar, narkotik aludəçisi olan biri heç vaxt bu əməlləri ilə rahatlıq tapa bilməz. Bir insan yalnız Allahın buyurduğu kimi yaşadığı təqdirdə həqiqi xoşbəxtliyi əldə edə bilər.

Quranda açıq şəkildə qadağan edilən və Azərbaycan mənəviyyatına, milli mentalitetinə yad olan homoseksuallığı normal hal kimi qələmə verənlərə qarşı birlik olmalı və onu leqallaşdırmağa çalışanlara qəti şəkildə qarşı çıxmalıyıq.

Narifə Əliyeva


Xəbər 3841 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +