20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır


02.10.2017  19:25 

“Bir nazirlik var, hesabat vermir…”





A+  A-

“Bu gün 34 min dövlət qulluqçusu ştatı var. 2000 vakansiya boş qalmaqda davam edir. Bu o deməkdir ki, insanlar universiteti necə qurtarmasından asılı olmayaraq bu yerlər boş qalır”
XəzərNews.az xəbər verir ki, bunu deputat Zahid Oruc “Dövlət qulluğu haqqında” qanunun müzakirəsi zamanı deyib. O qeyd edib ki, Azərbaycan insanının işə ehtiyacı var: “Biz bu sistemi Rusiya qanunvericiliyindən götürmüşük. Rusiya isə federal dövlətdir Biz unitar quruluşa malikik. Hesab edirəm ki, biz bu təsnifata yenidən baxmalıyıq”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına belə reaksiya verib: “Dövlət qulluğu sayılan bütün təşkilatlar hər ay öz vakansiyaları haqqında müvafiq təşkilatlara hesabat veririrlər. Hesabatsız heç nə yoxdur. Maraqlanın ki, hər il nə qədər insan pensiyaya gedir və nə qədər insan da onların yerinə işə qəbul olunur. Sən deyirsən ki, hesabat vermirlər? Hardan bilirsən ki, hesabat vermirlər?”.

Z. Oruc bildirib ki, bir nazirliyin adını çəkərəm ki, onlar hesabat vermir. Ancaq mən Hesablama Palatasının dərc etdiyi hesabatdan danışdım. Burada şəffaflıq məsələsinə toxunmadım. Bildirirəm ki, 200 yerin hamısını müqavilə əsasında doldura bilərdilər”.

Xəbər 1578 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +