“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


29.09.2017  11:12 

Vitse-prezidentdən komitə sədrinə: “Nazim İbrahimov, sən çıxmadın, səni qovdular”





A+  A-

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Qılıncoynatma Federasiyasında rəhbər dəyişikliyi olub. Təhsil naziri Mikayıl Cabbarov Nazim İbrahimovu əvəzləyərək quruma rəhbər seçilib.
Hazırda qurumda bəzi dəyişikliklər gözlənilir. Ən başlıcası isə AQF-nin binasının köçrülməsidir.

Federasiyanın keçmiş vitse-prezidenti Yaşar Məmmədov Unikal.org-a hesabat-seçki konfransından sonra Nazim İbrahimovla danışması ilə bağlı məlumat verib:

"Mikayıl müəllimin təyinatı xəbərini eşidən kimi Nazim İbrahimov mənlə danışıb deyir ki, "mən onsuz da çıxacaqdım”. Mən də dedim ki, sən çıxmadın, səni qovdular.

Mikayıl müəllimlə hələ ki, elə hesabat-seçki konfransı zamanı görüşdük. Onunla danışarkən vizit kartımı ona verdim. Dedi ki, yaxın günlərdə görüşüb, bir sıra məsələlərlə bağlı danışacağıq.

Mikayıl Cabbarovun AQF-yə böyük diqqət ayıracağına inanıram. Çünki o hələ seçilməmişdən 3 gün əvvəl Azərbaycan Texniki Universitetinin təzə təmirdən çıxmış zalını qılıncoynadanlarımıza hədiyyə etdi. Yeni zal əvvəlkindən 3 dəfə böyükdür. Yaxın günlərdə vitse-prezident, baş katib və başqa vəzifələrə adamlar seçiləcək. İnkişaf proqramı olmalıdır. Amma bu məsələ müzakirəyə çıxarılmayıb. Sentyabrın sonuna kimi bütün bu kimi məsələlər həllini tapacaq”.

Yaşar Məmmədov Federasiyanın binasının köçrülməsini də təsdiqləyib:

"Əsas binanın harada yerləşəcəyini hələ bilmirik. Bu məsələlər müzakirə ediləcək. Bir federasiyanın saytının olmaması biabırçılıqdır. Bütün bunların hamısını Mikayıl müəllimlə görüş zamanı onun diqqətinə çatdıracağam”.

Yaşar Məmmədov Nazim İbrahimovun ona 159 min manat, idmançılara isə 450 min manatdan çox borcu olduğunu bir daha qeyd edib.

Xatırladaq ki, avqustun 17-də Nazim İbrahimovun keçirtdiyi hesabat-seçki konfransında Yaşar Məmmədovu tutduğu postdan azad ediblər. Onun yerinə Ramin Məmmədovu təyin edilib. Mikayıl Cabbarovun Nazim İbrahimovun yeni təyin etdiyi kadrları işdən azad edəcəyi də iddi olunur. Onun yeni komanda qurmağı planlaşdırdığı bildirilir.

Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +