XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


29.09.2017  11:06 

Dindarların siyasiləşməsinin səbəbləri və günahkarı....





A+  A-

Zahid Oruc: “Bu qüvvələrin qafasında fanatizm, ekstremizm, fundamentalizm yer etməkdədir”
Son illərdə Azərbaycanda dindar camiyənin siyasiləşməsinin şahidi oluruq. Bunu ölkə müxalifətinin keçirdiyi mitinqlərdə iştirak edən islamçıların sayı və onların apardıqları fəaliyyətdə də görmək mümkündür. Hətta belə iddialar da var ki, istər nüfuz, istərsə də elektorat baxımından dindarlar siyasi müxalifəti ötüb keçiblər.

Proses o şəkildə cərəyan edir ki, ölkənin öndə gedən siyasi partiyalarının hər biri inanclıların gücündən istifadə etmək üçün onlara “qarmaq atır”. Bu, müxalif liderlərin çıxışlarında da sezilir. Milli Şuranın 23 sentyabrda keçirdiyi mitinqdə iştirakçıların demək olar yarıdan çoxu islamçılar idi. Onların geyimləri, qaldırdıqları plakatlar və əllərində tutduqları həbsdə olan dindarların fotoları saylarının nə qədər yüksək olduğunun göstəricisi idi.

Dindarların siyasiləşməsi ilə bağlı fikirlər birmənalı deyil. Müxalifətin zəifləməsinin burada mühüm rol oynadığı qeyd olunsa da, ölkə iqtidarının rəqiblərini sıxışdırmasının nəticədə islamçıların önə çıxmasına səbəb olduğunu düşünənlər də az deyil.

İqtidaryönlü deputat Zahid Oruc müxalifətin burada əsas rol oynadığını düşünür: “Azərbaycanın hazırkı müxalif düşərgəsinin əsas təmsilçilərini biz 90-cı illərdə sovetlərə qarşı mübarizədə meydanlarda görmüşük. O dövrdə biz geniş informasiya vasitələrindən danışa bilməzdik, digər tərəfdən, mübarizə çox sərt total nəzarət altında idi. Kəşfiyyat strukturları da kifayət qədər güclü idi. Siyasi mübarizəyə baxış da fundamental ölçülü-biçili deyildi. Fanatizm meylləri həddən artıq üstünlük təşkil edirdi. Xarici qüvvələrin də gedən hərəkatlara təsiri həddən artıq zəif idi. Belə şəraitdə onlar deyirdilər ki, bizim mübarizəmiz daha güclü şəkil alırdı. Cəmiyyətin proseslərə ciddi maraq göstərdiyi, hakimiyyətin bunun qarşısında dayana bilmədiyi qeyd olunurdu. Bir paralel də aparaq. Misirdə uzun illər Hüsnü Mübarək hakimiyyəti ”Müsəlman qardaşları"na çox kəskin təzyiqlər, təqiblər edirdi. Proseslərin siyasi müstəviyə keçməməsi üçün onlar işgəncələrə məruz qalırdılar. Bunlara baxmayaraq, onlar Mübarəkdən sonrakı dönəmdə böyük qüvvə kimi meydana çıxmış oldular. Deməli, “hakimiyyətin inzibati tədbiri müxalifəti sıradan çıxarır” kimi düşüncələr kökündən yanlışdır. Hesab edirəm ki, ən başlıca məsələləri həmin qüvvələrin uzun illər ərzində içərilərində formalaşmış münasibətlər sistemində axtarmaq lazımdır. Zamanında müxtəlif seçki qrupları yaradan qüvvələri sonradan partiyaya, yaxud daimi fəaliyyət göstərən modelə çevrilməyə məgər hakimiyyət mane olmuşdu? İqtidarın siyasi fəlsəfəsinə görə belə proseslərə əldə olan siyasi, media imkanları ilə təsir etmək hüququ var. Bu mübarizənin adi şərtidir. Heç kim gözləmir ki, kimsə gəlib onu kreslosundan qaldıracaq. Bizdəki müxalifət uzun müddət ideoloji böhran yaşadı. Müasir dövrün çağırışlarına uyğunlaşa bilmədilər. Vitrinlərində elita da formalaşdıra bilmədilər.

Müasir dövrün tələblərinə uyğunlaşan insanlar öz talelərini müxalifətdə axtarmadılar. Müxalifətə təxminən 2010-cu ilə qədər verilən yardımlar kəskin azalandan sonra indiki acınacaqlı vəziyyət yarandı. Dünənə qədər qərbpərəst adlanan bu qüvvələr nəticədə dindarlara doğru yol aldılar, siyasi islamı mübarizədə mühüm alətə çevirməyə başladılar. Dinin bu şəkildə siyasiləşməsi AXCP-ni az qala “Müsəlman qardaşları” hərəkatına çevirmiş oldu. Bu qüvvələrin qafasında fanatizm, ekstremizm, fundamentalizm yer etməkdədir. Onlar düşünürlər ki, əgər hakimiyyəti seçki və digər vasitələrlə devirə bilmirlərsə, bunun yaxşı yolu 15 əsrdir olan, kütlələrin qəlbini fəth edən İslamı hakimiyyətə daşımaqdır. Ona görə bizdə sağ mərkəzçi anlayışı xeyli dərəcədə şərti xarakter daşıyır. Artıq sərhədlər itib. Bunlar sabah ayrı bir bayraq qaldırsalar təəccüblənmərəm. Çünki burada söhbət dini etiqadına görə həbs edilmiş hansısa bir şəxsin haqlarını müdafiə etməkdən getmir. Bu ölkədə insanlar var ki, müxtəlif cinayətlər törətdikləri üçün həbsdədirlər. Maraqlıdır, nədən məhz seçilmiş şəxsləri belə müdafiə edirlər? Onun səbəbi də dediyimiz alt qatdadır. Onlar düşünürlər ki, insanlar din tərəfdən daha tez fəth olunurlar, qəlblərini ora daha tez təslim edirlər. Bəli, onun siyasi şüarı qəbul olunmayacaq, onun proqramı vətəndaşın qafasına çox az yansıyacaq, bunun nəticəsində ən yaxşı yol təbliğatını dini istiqamətdən aparasan. Bu baxımdan, elektoral bazada dini qüvvələrlə birləşirlər, biz də belə bir mənzərəni görməkdəyik".

Deputat bildirdi ki, müxalif qüvvələr dünyəvilikdə maraqlı olmalı idi: “Azərbaycan İslam ölkəsidir, amma İslam dövləti deyil. Biz din dövləti qurmamışıq. Bu Cümhuriyyətin qurucularına lider kimi pərəstiş etmiş şəxslər unudurlar ki, onlar gerçəkdən də İslamı bəlli bir çərçivədə avropalaşmaqda, müasirləşməkdə və türkçülüklə eyni boya, eyni ölçüyə malik bir fundamentdə görmüşdülər. Mənim aləmimdə hazırkı dövrdə dindarı məsciddən çıxarıb, onu siyasətə alət edənlər Nardaranın keçmişi timsalında vəziyyət yaratmaq istəyirlər. Onun da rəngi qaradır. Burada avropalaşmaq görünmür”.

Xəbər 2081 dəfə oxunub.




07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +