Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


28.09.2017  19:12 

Bakı polisindən Nəqliyyat Agentliyinin ittihamlarına - Cavab





A+  A-

Bakı Nəqliyyat Agentliyinin təmsilçisi açıqlama yayaraq dünənki “Qarabağ” – “Roma” oyunundan sonra stadiondan çıxan azarkeşlərin daşınmasında problem yaranması və izdihama görə polisi günahlandırıb. Qurumun sözçüsü Mais Ağayev bildirib ki, polis yanlış olaraq insanları metroya istiqamətləndirib və azarkeşlər onlar üçün ayrılan avtobuslardan istifadə edə bilməyib.
Oyunla bağlı yaradılan polis qərargahının rəhbəri, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis əməkdaşları insanları avtobuslar dayanan əraziyə yönləndirsə də, azarkeşlər özləri ora getmək istəməyib: “Orada avtobuslar var idi, biz də camaatı ora getməyə yönəldirdik. Amma getmirdilər. Bu o demək deyil ki, polis insanları avtobusa minməyə qoymayıb. Onlar bizi necə ittiham edə bilərlər? Bakı Nəqliyyat Agentliyi belə deməklə böyük səhvə yol verir. Camaat avtobusa getmək istəmir, mən nə edə bilərdim? Yağış yağdığı üçün insanlar qısa yol axtarırdı, avtobuslara kimi olan məsafə də uzaq idi. Avtobuslar oyun başlamadan öncə metrostansiyalardan insanları daşıyanda gecikiblər, camaat da buna görə qayıdanda avtobuslara minmədi.

Avropa Oyunlarında, İslam Oyunlarında 30-40 min adam üçün yüksək səviyyədə təşkilatçılıq işləri görülmüşdü. Orada təşkilatçıların xeyli sayda könüllüləri var idi, istiqamətləndirici işarələr qurulmuşdu. Oyunlardan öncə dəfələrlə yoxlanılmışdı. Dünənki təşkilatçılıq isə o oyunlar zamanı görülən işlərlə müqayisə olunası deyildi. Amma əksinə dünən 70 min adam var idi, onları yola salmaq asan deyil”.

S. Bağırov bildirib ki, dünən azarkeşlərin idarə olunmasında təşkilatçılıq tək polisin üzərində idi: “Ola bilər kimsə əziyyət çəkdi, amma polis hamıdan çox əziyyət çəkdi. Polis qarşısına qoyulan tapşırığı tam yerinə yetirdi. Saat 11-də hamı dağılışıb getdi, yol polisi isə yol hərəkətinin təşkilini tənzimləmək üçün gecə saat 01-02 radələrinə kimi xidmət apardı”.

Xəbər 842 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +