“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


27.09.2017  14:17 

Jurnalistlər noyabrda yeni binaya köçə biləcək





A+  A-

Bakının Bibiheybət qəsəbəsində tikilmiş yeni jurnalist binasının noyabrda istifadəyə veriləcəyi gözlənir.
XəzərNews.az xəbər verir ki, “Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılov Novator.az-a deyib ki, binanın təhvil verilməsi üçün işlər yekunlaşır: “Çalışırıq sakinlər ən qısa müddətdə mənzillərinə köçə bilsinlər. Ola bilsin, noyabrın ikinci yarısında buna nail olaq. Tikinti şirkəti binanın daxilindəki təmir işlərini bitirib. Sənədləşmə yekunlaşmaq üzrədir. Binada yoxlama aparmaları üçün 19 təşkilata rəsmi müraciət etmişik. Yoxlamanı başa çatdıran qurumların verdiyi rəsmi cavablarda binanın istismara hazır olduğu, heç bir nöqsanın qeydə alınmadığı bildirilib.

Yanğın Nəzarəti Xidməti yanğın siqnalizasiyasını yoxlayıb, sanitar-epidemioloji nəzarət qurumunun əməkdaşları su anbarlarını dezinfeksiya edib yuyublar, bir dəfə analiz götürüblər, ikinci dəfə də götürəcəklər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları da burada olublar. İnternet xətti çəkilib, elektrik sayğacları qoyulub.

Qaz xətti də var. Bircə həyətdə ümumi qaz xəttinə qoşulma qalıb, oktyabrın sonuna bu da həllini tapacaq. “Azəriqaz” çox tələbkar qurumdur, paytaxtda yaşayış olan onlarca bina illərlə qaz problemini həll edib dövlət reyestrindən çıxarış ala bilmir. Amma bizim binada heç bir problem qeydə alınmayıb, eyni zamanda işi sürətləndirmək üçün güzəştlər edilir. İndiyə qədər heç bir təşkilatla problem yaşamamışıq, bütün zəruri sənədlərimizi almışıq.

Bütün təşkilatlarla iş yekunlaşandan sonra noyabr ayının əvvəllərindən mənzillərin sakinlərə bağışlanmasına dair müqavilələrin bağlanması prosesinə başlamağı nəzərdə tuturuq. Operativlik üçün bu prosesdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndələrinin və notarius əməkdaşlarının birbaşa iştirakını təmin etmək fikrindəyik.

Bütün sakinlər gəlib öz mənzillərini görüblər, hər kəs mənzilini çox bəyənib, heç bir narazılıq yoxdur. Rəhbərlik marağındadır və əlindən gələni edir ki, sakinlər evlərinə tez köçsünlər”.

Xəbər 1192 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +