XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


27.09.2017  10:54 

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?..





A+  A-

2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.
O zaman 700 bal sistemi də ləğv oluna bilərmi?

XəzərNews.az bildirir ki, təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Testin müəyyən bal şkalası ilə qiymətləndirilməsi nisbidir. Ortada istənilən minimum və maksimum qiymət ola bilər. Məsələn,dünyanın mindən çox ali təhsil müəssisəsinə qəbul olunmaq üçün yetərli olan İELTS imtahanının maksimum toplanılan balı 9 (doqquz)- dur. Və ya yenə də bütün dünyada nüfuzlu və qəbul edilən SAT imtahanında maksimum bal 1400-dür.
2019-cu ildə Azərbaycanda tətbiq ediləcək sistemdə də 25 ildir öyrəşdiyimiz 700 bal sistemi qorunub saxlana bilər. Bunun üçün həm buraxılış, həm də qəbul imtahanlarında toplanan balların ümumi cəmi 700 ola bilər. Yəni onun müəyyən hissəsi buraxılış imtahanlarında (misal üçün 200 bal), digər hissəsi (misal üçün 500 bal) qəbul imtahanlarında toplana bilər”.

Ekspert qəbul imtahanlarında 5 fənnin 3-ə endirilməsi, amma orta məktəblərin buraxılış imtahanları da nəzərə alındıqda ümumilikdə 6 fənndən imtahan verilməsi haqda deyilənləri belə şərh edib:

“Dövlət İmtahan Mərkəzi (DİM) bir neçə gün bundan öncə məlumat yaydı ki, bundan sonra ixtisas qruplarında 5 fənn yox, 3 fənn olacaq, amma buraxılış imtahanlarında da 3 fənn olacaq. İlkin olaraq 6 fənn görüntüsü yaranıb. Düşünmürəm ki, belə olacaq. Hesab edirəm ki, qəbul imtahanlarında vərdiş etdiyimiz ixtisas qurupları daha olmayacaq, əvəzində istiqamətlər olacaq. Buraxılış imtahanlarında olan fənlər qəbul imtahanında təkrar olunmayacaq (Azərbaycan dili istisna olmaqla). Qəbul və buraxılış imtahanlarında abituriyentlərə dil qaydalarından əzbər tipli - əvvəlki illərdə olduğu kimi faktoloji (buna uyğun olaraq faktlara əsaslanan məntiqi, izahedici, müqayisə tipli və s.) test tapşırıqları təqdim edilməməlidir.
Yeni tədris poqramlarının (kurikulumları) tələblərinə görə, Azərbaycan dili şagirddə dörd bacarıq (dinləmə, anlama, oxu, yazı) yaratmalıdır ki, dil qaydaları (təriflər və izahlar) məhz həmin bacarıqların daha yaxşı və səmərəli formalaşmasına şərait yaratsın. Yəni şagird düzgün yaza, oxuya, danışa, fikir bildirə, fikrini əsaslandıra bilirdisə, deməli, o, dövlət tələblərini yerinə yetirir. Bunun üçün abituriyentə təqdim olunmuş sual kitabçalarında dil qaydaları üzrə təriflərdən- əzbərçilikdən imtina edilməli, praktiki sualların çəki əmsalı artırılmalıdır. Və həmin modellər- hansı ki 2019-cu ildə qəbul və buraxılış imtahalarında istifadə olunacaq, bu ildən tam açıqlanmalıdır. Nəzərə alsaq ki, buraxılış imtahanlarında iştirak edənlərin heç də hamısı qəbul imtahanında iştirak etməyəcək, ona görə də buraxılış imtahanında dövlət üçün daha əhəmiyyətli olan fənlərdən şagirdlərin bilik və bacarıqları yoxlanılmalıdır.
Güman edirəm ki, XI sinifin buraxılış imtahanlarında riyaziyyat fənni olmayacaq. Ona görə ki, onlar iki il əvvəl, IX sinifdə oxuyanda riyaziyyatdan imtahan veriblər. Ona görə də iki il sonra yenidən imtahan edilməsi anlaşılan olmaz”.


Dövlət İmtahan Mərkəzi yaxın günlərdə məsələ ilə bağlı daha geniş açıqlama veriəcəyini bildirib.


Xəbər 2034 dəfə oxunub.




07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +