Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


26.09.2017  09:24 

Kürdüstanda keçirilən referenduma Azərbaycandan şərh





A+  A-

İraq Kürd Regional Hökumətinin keçirdiyi referendumuna Azərbaycandan da maraqlı şərhlər gəlib.
XəzərNews.az xəbər verir ki, bu şərhlərdən birini də politoloq Natiq Cəfərli verib. O, bu referendumu 10 maddəyə bölüb. Həmin şərhi olduğu kimi təqdim edirik:

1) İraq parlamenti bir az öncə qərar verdi ki, Kərkükün neft yataqları mərkəzi hökumətə keçməlidir, bunun üçün hətta ora qoşun da yeritməyə hazırdır,

2) Ərdoğan bəyan etdi ki, "Kürdüstan" bölgəsindən Ceyhan limanına gələn neft boru kəmərini qapatacaqlar, bu boru gündə 600 min barel neft daşıyır,

3) Türkiyə və İran Şimali İraqda birgə hərbi əməliyyat keçirmək haqqında müzakirələr aparırlar. Qəribə durum yaranıb - Suriyada əks cəbhələrdə olan iki ölkə, bu məsələdə birgə hərəkət edirlər. Deməli siyasətdə daimi dostlar yoxdur, daimi maraqlar var,

4) Dünyada 20-ci əsrdə xətkeşlə çəkilən sərhədlərin, 21-ci əsrdə dronlarla yenidən çəkilməsi prosesi gedir,

5) Barzani ciddi dəstək almasa heç vaxt referenduma getməzdi. İsrail də, ABŞ-da, Rusiya da "Kürdüstanın" yaranmasında maraqlıdırlar, yaradacaqlar da və bu bölgədə ciddi "sancılar" doğuracaq,

6) Növbəti addım Suriyanın "kürd kontonlarında" referendum keçirilməsi olacaq,

7) "Kürdüstanın" tanınması dənizə çıxışı baş verən zaman sürətlənəcək, çıxış ya Suriyadan, ya Türkiyədən ola bilər. Dənizə çıxışı olmayan "Kürdüstan" həmişə qonşulardan asılı olacaq, "layihənin" başbilənləri bunu istəmir,

8) Hər hansı bir xalqın müstəqil dövlət qurmaq arzusu təbii istəkdir, amma bu xalqın deyil də, "layihə" rəhbərlərinin istəyi ilə baş verəndə müstəqil yox, marionet dövlət qurulmuş olur,

9) "Kürdüstan", bu ideya yiyələrinə bölgədə dünyəvi, müsəlman, sosial-demokrat bir örnək ölkə modeli üçün, əsas da Türkiyə və İrana ciddi təzyiq bölgəsi yaratmaq üçün lazımdır. Neft amili də var, amma bu qısa vadəli qazancdır, orta və uzun vadədə əsas hədəfləri yuxarıda qeyd etdiyim məsələlərdir,

10) Bu hadisələr bütün bölgəyə, o cümlədən də Azərbaycana təsir edəcək, ölkəni bəzi çox çətin seçim etmək qarşısında qoyacaq. Amma bizim buna nə hazırlığımız var, nə də strategiamız.

Bu hadisələrin ilk təsiri neftin dəyərinə oldu - qiymət 58 dollara qədər qalxdı. Təbii ki, iqtisadi və orqanik səbəblər olmadan, siyasi gərginlik hesabına qalxan qiymətlər düşəcək, amma hələ ki, bu gərginlikdən qazanan neft ölkələridir...

Xəbər 1190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +