Azərbaycanda Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanıldı
Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu


25.09.2017  16:58 

Yevlaxda silahlı insident - 4 nəfər həbs olundu





A+  A-

Sentyabrın 23-də saat 6 radələrində Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
XəzərNews.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb.

Lakin B.Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə nədənsə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Bəkirovun rayon ərazisindəki təsərrüfatların birindən oğurluq etməyə cəhd göstərən zaman odlu silahdan açılan atəş nəticəsində yaralandığı məlum olub.

Müəyyən edilib ki, B.Bəkirovun Hacıselli kəndinin ərazisində Abbas İsmayılova və qardaşı Röyala məxsus pay torpaq sahəsində tərəvəz məhsullarının yetişdirildiyi yerdə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdikləri barədə məlumatı olub. Həmin gün saat 2 radələrində həmkəndliləri, əvvəllər məhkum olunmuş Savalan Qasımov və Əhməd Mahmudzadə ilə birgə həmin təsərrüfatdan 20 ədəd çətənə kolunu oğurlayıb aparmaq istəyərkən Abbas İsmayılov ov tüfəngindən atəş açaraq Bəkir Bəkirovu yaralayıb.

İstintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib, oradan B.Bəkirova məxsus “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.

Təxirəsalınmaz tədbirlərlə S.Qasımov, Ə.Mahmudzadə, A.İsmayılov və Röyalın yerləri müəyyən edilib, onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

A.İsmayılovdan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

Xəbər 2808 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +