Bu qurum nazirlikdən alındı
Ukrayna azərbaycanlıları Saakaşvilinin mitinqində - Fotolar
Avtobusların intervalı maksimum azaldılacaq
Sabah yağış yağmayacaq
Azərbaycanda milli elektron valyuta yaradılır
Azərbaycana 9 santimetr qar yağdı
Cəbhədən son xəbər - Silahlar susmur
Kərkük taktikası Qarabağa tətbiq oluna bilərmi?
Bakıda torpaq bahalaşıb
ÇL-də üçüncü tura start verilir

      

25.09.2017  09:25 

“Neftin qiymətinə görə gəlirlərimiz azalıb” - İlham Əliyev





A+  A-

“Mənə bu gün məlumat verildi ki, bir yol layihəsi də var və bu məsələ vətəndaşlar tərəfindən qaldırılıb – Salyan-Şirvan yolunun tikintisi məsələsidir. Bu məsələyə də baxılacaq və əminəm ki, Dövlət İnvestisiya Proqramına bu yol da salınacaq və beləliklə, həm Şirvan şəhəri ilə əlaqə yaxşılaşacaq, həm də ki, yolun üstündə bir çox kəndlər, qəsəbələr var, bu, onlara da böyük bir hədiyyə olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Salyanda olarkən deyib. Prezident bildirib ki, yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir: “Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə çox böyük diqqət göstərilir. Bu il, - bu layihəyə şərti ad vermişik, - “40 yol” layihəsi icra edilir. Əslində bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir”.

İ. Əliyev deyib ki, bu gün ölkə inkişaf edir, sosial-iqtisadi layihələr icra olunur: “Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıbdır, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq”.

Xəbər 445 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

17.10.2017  21:54 

Bu qurum nazirlikdən alındı

17.10.2017  17:36 

Manat bahalaşdı

17.10.2017  14:07 

Sabah yağış yağmayacaq

17.10.2017  11:46 

Bakı məktəbində qanlı dava

17.10.2017  11:23 

Azərbaycana 9 santimetr qar yağdı


BÜTÜN XƏBƏRLƏR +