Bu qurum nazirlikdən alındı
Ukrayna azərbaycanlıları Saakaşvilinin mitinqində - Fotolar
Avtobusların intervalı maksimum azaldılacaq
Sabah yağış yağmayacaq
Azərbaycanda milli elektron valyuta yaradılır
Azərbaycana 9 santimetr qar yağdı
Cəbhədən son xəbər - Silahlar susmur
Kərkük taktikası Qarabağa tətbiq oluna bilərmi?
Bakıda torpaq bahalaşıb
ÇL-də üçüncü tura start verilir

      

24.09.2017  12:53 

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix məlum oldu





A+  A-

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev APA-a açıqlamasında bildirib ki, Lütfi Zadənin nəşinin sentyabrın 29-u Bakıya gətirilməsi gözlənilir.

"Daşınma şirkətindən əldə etdiyimiz məlumata görə, alim Lütfi Zadənin nəşi sentyabrın 26-da San Fransiskodan yola salınacaq. Ayın 29-da Bakıya çatması gözlənilir"- deyə, o bildirib.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.

O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.

Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

Xəbər 403 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

17.10.2017  21:54 

Bu qurum nazirlikdən alındı

17.10.2017  17:36 

Manat bahalaşdı

17.10.2017  14:07 

Sabah yağış yağmayacaq

17.10.2017  11:46 

Bakı məktəbində qanlı dava

17.10.2017  11:23 

Azərbaycana 9 santimetr qar yağdı


BÜTÜN XƏBƏRLƏR +