Bu qurum nazirlikdən alındı
Ukrayna azərbaycanlıları Saakaşvilinin mitinqində - Fotolar
Avtobusların intervalı maksimum azaldılacaq
Sabah yağış yağmayacaq
Azərbaycanda milli elektron valyuta yaradılır
Azərbaycana 9 santimetr qar yağdı
Cəbhədən son xəbər - Silahlar susmur
Kərkük taktikası Qarabağa tətbiq oluna bilərmi?
Bakıda torpaq bahalaşıb
ÇL-də üçüncü tura start verilir

      

23.09.2017  14:36 

“26 lar”ın qəbrini ziyarət edənlər barədə yeni faktlar - Qalmaqal böyüyür





A+  A-

Sabir Rüstəmxanlı: “Ziyarətə gedənlər yer üzünün ən şərəfsiz adamlarıdır”; Rauf Qurbanov: “Onlara yoldaş deməyə heyfim gəlir”
Bir qrup xainin Suraxanıda yerləşən “26 Bakı Komissarı”nın qəbrini ziyarət etmələri ölkə gündəminə bomba kimi düşüb. Çörəyini yedikləri, suyundan içdikləri ölkəyə xəyanət edən bu şəxslər mətbuat və sosial şəbəkələrdə ən kəskin şəkildə qınanır, tənqid olunurlar.

Hər keçən gün müzakirələrə yeni-yeni tanınmış simalar qoşulur. İndiki vaxtda kommunistlərin fəallaşmasının təsadüfi olmadığı, onların arxasında Azərbaycana düşmən olan xain əllərin dayandığı qeyd olunur.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında həmin xəyanətkarlar haqqında kifayət qədər sərt danışdı: “Bu qədər riyakarlıq, şərəfsizlik ola bilməz. 13 min Bakıda, 10 min Şamaxıda, Qubada və digər yerlərdə günahsız insanları qırasan, Azərbaycanı qan gölünə döndərəsən, bir əsr sonra səni müdafiə edən şərəfsizlər peyda olsun. Suraxanıya ziyarətə gedənlər yer üzünün ən şərəfsiz, alçaq adamlarıdır. Onların azərbaycanlılara heç bir dəxli yoxdur, ermənilərin tör-töküntüləridir. Erməni olmasalar belə, qəlblərində insanlıqdan bir nişanə də yoxdur. Bu cür şəxslərə qətiyyən aman vermək olmaz. Bunlar 70-100 ildən sonra da hələ həqiqəti başa düşməyiblər. Demək bunlar qansız və şərəfsiz adamlardır. Biz yatdıqca, bəzi şeyləri vaxtında həll etmədikdə, sonra o üstümüzə gəlir, başımıza qalxır. Vaxtında bunların hamısı təmizlənməli idi. ”26-lar"ın başdan ayağa cinayətkar olduqlarını tarix göstərir. Niyə Bakıda günlər öncəyə qədər onların adı bir küçədə qalmalı idi? O komissarların çoxu ermənidir. Bizdəki hafizəsizlik, hər şeyə dözmək sonunda düşmənin öz ocağımızın başında ayaq açmalarına səbəb olur.

Gərək hafizəsizlik, milli ideallara diqqətsizlik də cəzalandırılsın. Biz düşmənlə üz-üzəyik, düşmən də BMT-nin kürsüsündən bizə meydan oxuyur. Halbuki Ermənistanın paytaxtı İrəvan da bizimdir. Bunları zaman-zaman dilə gətirmədikcə, bunlar baş verəcək. Düzdür, prezident bunları deyir. Amma daha geniş kampaniya aparılmalıdır. Ermənistandan köçənlərin pasportlarında erməni vətəndaşı olmaları dəyişdirilib. Səhəri gün Ermənistana sonuncu dəfə 250 min azərbaycanlının köçürüldüyünü necə sübut edəcəyik. Bir erməni barmağı Azərbaycanda bu şeyləri himayə edir. Biz də buna biganəyik. Soyadların dəyişdirilməsi ilə bağlı qərar var. Amma 25 ildir buna əməl edilmir. Bunların ucu gəlib “26-lar”ın üstünə ziyarətə gedənlərə çatır. Rusdillilər öz tarixlərindən xəbərsizdirlər. Rus mədəniyyəti atmosferində təbliğ olunan azərbaycanlıların içindən ermənilərin üstünə gedənlər də tapılacaq. Çünki onlara o tarix öyrədilir, Cavad xanın, Məhəmməd Əmin Rəsulzadənin deyil. O cəsarəti dediyim təlim-tərbiyədən tapırlar. Rus dilini heç zaman öyrənməyin əleyhinə olmamışam, amma övladlarımızı öz ana dilində oxutmağımızı istəmişəm".

“26-lar”ın qəbrini ziyarət edənlərin Azərbaycan Kommunist Partiyasının üzvləri olduğu barədə də söz-söhbətlər gəzir. Məsələni dəqiqləşdirmək üçün AKP sədri Rauf Qurbanovla əlaqə saxladıq. Partiya sədri deyilənləri təkzib etdi: “Azərbaycanlıların bir məsəli var. ”Söz var adamı dağa qaldırar, söz var adımı dağdan endirər". Həmin şəxslərin partiyamızla heç bir əlaqələri yoxdur. Onlara yoldaş deməyə heyfim gəlir. Sadəcə olaraq, bunlar partiyamız adında təşkilat yaradıblar, tədbirlər keçirirlər. Onlar bu əməlləri ilə kommunist ideyalarına hörmətsizlik edirlər. O şəxsləri şəxsən də tanımıram. Ziyarət edənlərdən Ədalət Abdinov adlı şəxslə sosial şəbəkələrdə dost olduq. Bir dəfə mənimlə görüşdü, partiya sıralarına üzv olmaq üçün. Şəklini gətirmişdi ki, məni üzv edin, biletimi verin. Dedim ki, partiya sıralarına qəbul üçün sədrə deyil, Mərkəzi Komitənin Bürosuna müraciət edirlər. O tələsik addım atıb, partiyada özünə yer etmək istəyirdi. Sonradan əleyhimə çıxış etməyə başladı. Bu insanlar internetin imkanlarından istifadə edib, təxribatla məşğuldurlar. “Yeni Müsavat”da deputat Fazil Mustafanın mövqeyinə rast gəldim. Kommunizm ideyalarına qatı millətçilik prizmasından yanaşmaq, partiya üzvlərinə ikrah hissi ilə yanaşmaq bu yalnız və yalnız faşistlərə aid bir ideologiyadır. Tarixə baxsaq görərik ki, yalnız faşistlər kommunistlərə qarşı bu hisslə yanaşıblar. Hakimiyyətdə olduğu müddətdə bu ideologiyanın daşıyıcıları səhvlər buraxa bilərlər. Bunun ideologiyaya nə dəxli var? Bu gün bütün dünya oktyabr inqilabının 100 illiyini keçirmək ərəfəsindədir. Mən də partiya sədri kimi Rusiyadakı həmin tədbirlərə qatılacam. Öz partiyalarını Biləcəridən o tərəfə tanımırlar. Ziyarət edənlər deyil, məsələyə münasibət bildirən deputatın mövqeyi məni təəssüfləndirdi. Mən Azərbaycan dövlətinin yaranmasında fəaliyyəti olan bütün şəxslərə abidələr qoyulmasının tərəfdarıyam. Biz bu abidələrlə gələcək nəsillərə nəyisə çatdıra bilərik. İdeologiyalar arasındakı mübarizəni aradan qaldırmaq lazımdır. Hər bir partiyanın məqsədi milli maraqlarımıza xidmətdir. Cəmiyyəti bölmək olmaz, hamımız azərbaycanlıyıq. Hər birimiz bu ölkəyə xidmət etməliyik. Aranı qızışdıranlar bu xalqın düşmənidir".

Ədalət Abdinovun məsələ ilə bağlı mövqeyini almağa cəhd etdik. Lakin mesajlarımızı oxusa da, cavab vermədi.

Xəbər 595 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

17.10.2017  21:54 

Bu qurum nazirlikdən alındı

17.10.2017  17:36 

Manat bahalaşdı

17.10.2017  14:07 

Sabah yağış yağmayacaq

17.10.2017  11:46 

Bakı məktəbində qanlı dava

17.10.2017  11:23 

Azərbaycana 9 santimetr qar yağdı


BÜTÜN XƏBƏRLƏR +