Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


22.09.2017  22:51 

AzTV sədri “Arif Alışanovun işi” Prezidentin nəzarətində





A+  A-

Son günlər Azərbaycan mediasının “trendinə çevrilən” Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov haqqında məlumatlar ölkə gündəmini zəbt etməkdə davam edir. Dövlət büdcəsində maliyələşən televiziya rəhbərinin təkcə bir rayonda dövriyəyə buraxdığı 5-6 milyonluq varidat artıq məhkəmə predimetinə çevrilməkdədir. İndi Azərbaycan cəmiyyətini daha çox bir sual maraqlandırı: iş təcrübəsində televiziyada texniki-maliyyə işlərindən başqa (sədr olanadək) heç bir biznes fəaliyyəti olmayan Arif Alışanov bu qədər sərvətə necə sahib olub?
Əlbəttə qorxulu, riskli və maraqlıdır… Bu marağın gizli qalmaması üçün bir sıra faktlara diqqət çəkək. Belə ki, Arif Alışanovun rəhbərlik etdiyi son on ildə AzTV-nin illik büdcəsi 12 milyondan 38 milyon manata çatdırılıb. Qurum bu dövrdə dövlət büdcəsindən dollar qarşılığı ilə təxminən 660 milyon manatdan çox vəsait alıb. Paradoks budur ki, büdcə pulu artsa da əməkdaşların sayı iki dəfə azaldılıb. Düzdür, xüsusi saatları çox olmayan (əsasən təkrar verilişlər yayımlayan) Mədəniyyət və İdman kanalları açılıb, amma əvəzində əməkdaşların 70 faizi maaşdan məhrum edilib, qonorar və quruluş haqları üç dəfə azaldılıb, böyük vəsait tələb edən televiziya filmləri, orijinal tamaşalar, dram səhnələşdırmələri, kütləvi verilişlər və s. yoxa çıxıb.



Yaxşı bəs bu faktlar indi niyə ortaya çıxır və ya Arif Alışanovun milyonluq varidatı keçmiş “MTN şefi” Eldar Mahmudovun gözündən necə yayına bilib? Araşdırma zamanı maraqlı bir detala rast gəldik və bəlli oldu ki, Arif Alışanovun Eldar Mahmudovun atası Əhməd Mahmudovla bağlı hazırlatdığı filmlər və həmin filmlərin ildə 3-4 dəfə efirə verilməsi onu qanqster nazirin qəzəbindən xilas edib.

AzTV-də şübhəli keçmişilə tanınan, çoxsaylı saxta maliyyə pozuntularında adı hallanan, haqqında bir neçə dəfə cinayət işi başlanmış, hətta 1996-cı ildə həbs təhlükəsi ilə üzləşmiş Arif Alışanovun sədr təyin edilməsi bu qurumu ideoloji mərkəzdən yeyinti sexinə çevirib. Adi dünyagörüşü və elementar savadı olmayan, həqiqi idarəçilikdən uzaq, yalnız alış-veriş adamı kimi ad çıxarmış Arif Alışanov AzTV-nin yeni “statusuna” çox uyğun gəlirdi… Yeni sexdə peşəkarlara ehtiyac qalmırdı, əvəzində üzüyola, “sədaqətli” və susqun adamlar üçün meydan açılırdı. Ortada qalmış tək-tük yaradıcı (və vicdanlı) şəxslər isə ucuz təbliğat işində kara gəlirdi.
AzTV-nin getdikcə cılızlaşması, bəsitləşməsi, məzmunca daha da sönükləşməsi, bir yaradıcı qurum kimi mahiyyətini itirməsi çox “təbii” qarşılanmalıdır. Burada yaradıcılıq söhbətləri mühasib sədri hər şeydən çox qıcıqlandırır. Bəzi zahiri effektlərə baxmayaraq, AzTV mahiyyət etibarilə əvvəlki illərdən daha çox əyalət ruhludur. Rəsmi məclislərdə özünün iri planda göstərilməsinə adət etməsinə, ziyafətlərdə “baboçka” ilə görünməsinə baxmayaraq, Alışanov hələ əməkdaşlarla nəzakətli davranışı öyrənə bilməyib. Sədrin bəsit düşüncəsi və kobud davranışları ilə bağlı teleşirkətdə dolaşan lətifələr çox şeylərdən xəbər verir.
Ölkəni guya informasiya ilə təmin etmək missiyası müqabilində dövlətin milyonlarını havaya sovuran Azərbaycan Televiziyası artıq Alışanovun şəxsi biznes strukturuna çevrilib. Tanınmış jurnalistləri İTV-dən AzTV-yə, AzTV-dən İTV-yə sürgün edən Alışanov şakərində bu gün də əl çəkmir.



Arif Alışanov ara-sıra hakimiyyətə “muskul” da göstərib. Onun bariz nümunəsi onun təqdimatı olmadan Prezident tərəfindən mənzil hədiyyə olunmuş jurnalistlərin AzTV və İTV-dən uzaqlaşdırılmalarıdır. Məsələn, Akif Cabbarov kimi ömrünü jurnalistikaya həsr edən bir adamın İTV-dən uzaqlaşdırılması Arif Alışanovun yarıtmaz televiziya idarəçiliyinin bariz nümunəsidir. Lakin heç bir jurnalist fəaliyyəti ilə diqqəti çəkməyən sədrin köməkçisi Fərman Orucov isə məhz Arif Alışanovun təqdimatı ilə jurnalistlər üçün nəzərdə tutulmuş binadan mənzil alıb.

Arif Alışanovun qeyri-anormal idarəçiliyi üzündən Azərbaycanın adı Avropa Məhkəməsinə qədər gedib çıxıb. Belə ki, tanınmış jurnalist Nərgiz Cabbarlı AzTV-nin Musiqi verlişləri redaksiyasında baş redaktoru kimi çalışan Arif Alışanovun yaxın adamı Nadir Axundovun əməllərinə etiraz etdiyi üçün qanunsuz olaraq işdən çıxarılıb. N.Cabbarlının bu addımı atmağına səbəb qeyri-peşəkar sədr Arif Alışanovun "zəngin və parlaq" keçmişinə bələd olmağı da öz rolunu oynamayıb: “Çünki, bu ləkələri keçmiş sədrin ağrılı yeridir".

Arif Alışanovun ailədaxili problemlərinin də pik nöktəyə çatdığı qeyd olunur. Hətta iddia olunur ki, qızına üçüncü dəfə toy etməyə hazırlaşan Arif Alışanov növbəti dəfə “baboçka” taxmağa hazırlaşır. Xanımı Mehriban Əlişanovanın isə Zərdab rayonunda böyük təsərrüfat sahələri alaraq ailənin biznes şəbəkəsini Şamaxıdan Zərdaba və Xızıya qədər genişləndirdiyi bildirilir. M.Əlişanova 2007-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının auditoru təyin edilib.


Mehriban Əlişanova

Arif Alışanovun təkcə Şamaxıda ümumi dəyəri 5 milyon manata yaxın olan hektarlarla torpaq sahəsi almaq istədiyi barədə məlumatlar AzTV sədrinin biznes imperiyasının coğrafiyasını müəyyənləşdirməkdə çətinlik yaratmır. Bu məlumatlar Arif Alışanovun da adının keçdiyi cinayət işinin materiallarından götürülüb. Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin tərəfdindən araşdırılan cinayət işi Əkbərov Şücaət Allahverdi oğlu barəsindədir. Arif Alışanov isə bu işdə zərəçəkmiş kimi tanınıb.
Cinayət işinin materiallarına əsasən Şücaət Əkbərov dəfələrlə Arif Alışanova Şamaxının müxtəlif kəndlərində hektarlarla torpaq sahələri təklif edib. Hər dəfəsində də Arif Alışanov təklif olunan torpaq sahəsinin almaq arzusunda olduğunu bildirib və Şücaət Əkbərova toplam olaraq 5 milyon manata yaxın pul verib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, baş ədliyyə müşaviri Kamal Talıbovun icraatında olan 171900030 saylı cinayət işinin materialları belə deməyə əsas verir. İstintaqın gəldiyi ilkin qənaətə görə, Şücaət Əkbərov Arif Alışanovun təxminən 3 milyon manata yaxın pulunu mənimsəyəndən sonra yenə də ona torpaq shələri təklif edib və AzTV sədri nədənsə hər dəfə ona inanıb.



İndi istintaq Arif Alışanovun bu milyonlarının mənbəyi ilə maraqlanır. Artıq Alışanovun sədr və deputat toxunulmazlığı da onu xilas edə bilmir. Korrupsiyaya qarşı mübarizə aparıldığı bir dövürdə ölkənin gündəmini dəyişən bu cinayət işinin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğu bildirilir. Qeyd olunur ki, illərdir AzTV-ni və İTV-ni dağıtmaqda ittiham olunan Arif Alışanovun baş verən bu biabırçılıqlardan sonra vəzifəsində qalması ölkə prezidentinin kadr siyasətini də kölgə altına sala bilər.

Xatırladaq ki, tanınmış jurnalist Qulu Məhərrəmli ilə məhkəmə çəkişməsi sonucunda iddiasının rədd edilməsi Arif Alışanovun dayaqlarının onsuz da zəifləməsi ilə nəticələnmişdi. Hətta bildirilirdi ki, Arif Alışanovun iddiasının məhkəmə tərəfindən son anda rədd edilməsi məhz Prezident İlham Əliyevin tövsiyyəsi ilə baş vermişdi.

Son günlər baş verənlər isə ölkənin birinci şəxsinin Arif Alışanovla bağlı qəti qərar verməyin vaxtının çoxdan çatdığı qənaətini formalaşdırıb.

XəzərNews.az

Xəbər 9154 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +