“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


21.09.2017  15:34 

Astara sakini hüquq-mühafizə orqanlarına müraciət etdi: “Onlar adamların qanını içirlər”





A+  A-

Astara rayonu Pensər kənd sakini Əliyev Ramin Arif oğlu qardaşı Sübhan Əliyevin həbs olunması ilə bağlı redaksiyamıza müraciət edib. x
Astara rayonu Pensər kənd sakini Əliyev Ramin Arif oğlu qardaşı Sübhan Əliyevin həbs olunması ilə bağlı redaksiyamıza müraciət edib.
XəzərNews.az-a daxil olan müraciətdə bildirilir ki, Sübhan Əliyev 11 ildir kiçik sahibkarlıqla - mobil telefon alqı - satqısı, təmiri biznesi ilə məşğul olub.
2010-cu ildə Pensər kənd sakinləri Asif Cahangirov və Balaş Yusifov S.Əliyev şərik biznesi qurmaq təklifi ediblər: “Qardaşım Sübhan da onlara inanıb. Beləliklə, onlar Sübhana faizlə pul verməyə başlayırlar. Sübhan ilkin olaraq götürdüyü pulların faizlərini hər ay ödəyib. Sonralar devalvasiya ilə əlaqədar son dəfə götürdüyü pulu qaytara bilmir. Belə ki, həm dolların qalxması ilə əlaqədar alver zəifləyir. Həmçinin qonşu dükanda baş verən yanğın nəticəsində Sübhanın işlədiyi dükana ziyan dəyir. Belə olduqda Sübhan Asif Cahangirovdan götürdüyü 20 000 ABŞ dolları pulun 8 ay (hər ay 2000 ABŞ dolları) faizini ödəyib və ona bir sotu 300 manatdan 0,69 ha torpaq sahəsini verərək borcunu ödəyir. Lakin, həm Asif Cahangirov, həm də Balaş Yusifov bununla razılaşmayaraq S.Əliyevi məhkəməyə verirlər. Məhkəmə S.Əliyevə 9 il həbs cəzası verir”.
Hazırda məhkəmə qərarından Apelyasiya şikayəti verdiklərini bildirən R.Əliyev işə Şirvan Şəhər Apelyasiya Məhkəməsində baxıldığını qeyd edib: “Qardaşımı həbs etdirən Asif Cahangirov və Balaş Yusifovu rayonda sələmçi kimi tanıyırlar. Belə ki, onlar faizə pul verirlər. Onlar qardaşım Sübhan kimi sadə vətəndaşlara düşdükləri ağır durumdan istifadə edərək, onlara yüksək faizlə pul verirlər. Əsl cinayətkarlar onlardır. Asif və Balaş verdiyi pulların faizini almaq üçün adamların qanını içirlər, əzab verirlər, axırda da Sübhan kimi həbsə atdırırlar. Mən bütün hüquq-mühafizə orqanlarına müraciət edirəm”.
Qeyd edək ki, 9 il həbs cəzası almış Sübhan Əliyev ailəlidir, himayəsində iki azyaşlı övladı var.

Xəbər 1461 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +