Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


20.09.2017  22:11 

Dini liderlər Brüsselə gedir - Siyahıda şeyxin adı yoxdur





A+  A-

Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq.
XəzərNews.az-ın “Azvision.az”a istinadən verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə din xadimlərinin səfərində iştirak etməyəcək. Onun əvəzinə Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.

Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:

Hacı Fuad Nurullayev - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslamUniversitetinin dekanı

Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı

Aleksandr Şarkovski – Yəhudi icmasının sədri

Elnur Əfəndiyev - Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Rasim Xəlilov - “Həyat Sözü” protestant dini icmasının başçısı

Siyavuş Heydərov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

Nicat Məmmədli - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri

Xəbər 2827 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +