Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


13.09.2017  10:07 

162 saylı məktəbdə şəhidin barelyefi qoyulacaq





A+  A-

Şəhid Etibar Əliyevin adının 162 saylı məktəbdən götürülməsi ilə bağlı deyilənlər yalandır. Məktəbimiz öz şəhidi ilə fəxr edir və həmişə də onun adını daşımağa hazırdır.
XəzərNews.az xəbər verir ki, bu sözləri Axar.az-a dünən köklü təmirdən sonra Prezident İlham Əliyevin açılışını etdiyi Səbail rayonunda yerləşən 162-saylı məktəbin direktoru Sevinc Abbasova şəhid Etibar Əliyevin məktəbdə olan büstünün götürülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib. Direktorun sözlərinə görə, məktəb Səbail Rayon İcra Hakimiyyəti tərəfindən tam şəkildə və yüksək səviyyədə təmir edilib:

“162 saylı məktəb 100 ildir fəaliyyət göstərir. Məktəbimiz təmir edildi, demək olar ki, sökülüb yenidən tikildi. Ancaq məktəb əvvəldən şəhid Etibar Əliyevin adını daşıyırdı, təmirdən sonra da onun adınadır. Etibar bizim məktəbin şagirdi, məzunu olub. Bizim məktəb üçün şərəfdir ki, belə bir şəhidimiz var və onun adını daşıyır”.

S.Abbasovanın sözlərinə görə, bir neçə aydan sonra məktəbin həyətində şəhid E.Əliyevin barelyefi də qoyulacaq:

“2017-ci ilin dekabr ayında məktəbimizin 100 illik yubileyi keçiriləcək. Səbail rayon icra başçısının göstərişi var ki, məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefi qoyulsun. Bunun üçün yer də ayrılıb. Şəxsən mən özüm də şəhidimizin xatirəsinə bulaq çəkdirmək istəyirəm. Bunlar üçün məktəbimizin həyətində artıq yer ayrılıb. Hətta məktəbimizin içərisində də şəhidimiz üçün ayrıca “Bizim Etibar” adlı guşə yaradılıb. Şəhid haqqında o lövhədə olan məqalənin müəllifi mənəm. Təmirdən sonra icra başçısı özü xüsusi tapşırıq verdi ki, şəhidin adına guşə yaradılsın. Biz özümüz də bunu istəyirdik”.

Direktor həmçinin məktəbin adının yazıldığı lövhədə “Şəhid Etibar Əliyev adına” sözlərinin olmamasını da diqqətdə saxlayacağını bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə təmirdən sonra 162 saylı orta məktəbdə şəhid Etibar Əliyevin büstünün götürüldüyü haqqında məlumat yayılıb. Bildirilir ki, məktəb əvvəllər E.Əliyevin adına olsa da, təmirdən sonra məktəbdən şəhidin adı götürülüb.







Xəbər 2381 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib


BÜTÜN XƏBƏRLƏR +