Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


10.09.2017  10:21 

Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti başlayır





A+  A-

Bu gün Astanada ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə sammiti başlayır.
XəzərNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrlik etdiyi sammit 2 gün davam edəcək.
Sammitdə 80-ə qədər dövlət və təşkilatın nümayəndələri, müşahidəçi ölkələr, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri qatılıblar.

Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edəcək.

Sammit “İslam dünyasında elm, texnologiya, innovasiya və modernləşmə!” şüarı ilə keçirilir və bu gün başa çatacaq “EKSPO-2017 Astana” beynəlxalq sərgisinin bağlanışına həsr olunub.

Türkiyə sammitdə Myanmada Arakan müsəlmanlarının problemini qaldırmaq niyyətində olduğunu açıqlayıb.

Sammitdə islam aləmində elmi-texnologi modernləşməyə siyasi dəstək verilməsinə çağıran Astana Bəyannaməsinin qəbul edilməsi gözlənilir. Sammit çərçivəsində İƏT-in elm və texnologiya üzrə mükafatları da təqdim olunacaq.

Xəbər 2919 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +