İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


09.09.2017  21:23 

Hacıbala Abutalıbov: ““26-lar kafesi”nin icarəyə verilməsi qanunsuzluqdur”





A+  A-

BŞİH başçısı Hacıbala Abutalıbov “26-lar kafesi”nin fəaliyyətinin dayandırılması ilə bağlı yazıçı Çingiz Abdullayevin söylədiklərinə münasibət bildirib.
Hacıbala Abutalıbov APA-ya açıqlamasında Ç.Abdullayevin dediklərinin həqiqətə uyğun olmadığını bildirib: “Çingiz Abdullayev bildirib ki, Yazıçılar Birliyinin balansında olan binada fəaliyyət göstərən “26-lar kafesi” ilə qurum rəhbərliyinin heç bir əlaqəsi olmayıb.
Halbuki, Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri söyləyir ki, Yazıçılar Birliyinin binasında yerləşən “26-lar kafesi” bu qurum tərəfindən icarəyə verilib. Əldə olunan sənədlər də bir daha bunu sübut edir.

Digər tərəfdən, Çingiz Abdullayev söyləyir ki, 26 adında kafenin Azərbaycan xalqının soyqırımını təşkil etmiş, qaniçən 26 Bakı komissarının adı ilə heç bir əlaqəsi yoxdur. Müsadirə edilən sənədlər isə sübut edir ki, bu kafe “26 kafe” kimi yox, “26-lar Bakı”, “26-lar yaşayır”, “Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur” lövhələri ilə bəzədilən “26-lar kafesi” kimi fəaliyyət göstərir”.

Hacıbala Abutalıbov onu da qeyd edib ki, dövlət orqanlarında qeydiyyatdan keçməyən “26-lar yaşayır”, “26-lar Bakı”, “Xanımlara qəlyan çəkmək pulsuzdur” reklamları vurulmuş, əxlaqsız gecə klubu kimi fəaliyyət göstərən “26-lar kafesi”nin Yazıçılar Birliyi tərəfindən icarəyə verilməsi qanunsuzdur: “Sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu “Natəvan” klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan “26-lar kafesi”nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir. Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış “26-lar kafesi” və həmin kafedə “xanımlara qəlyan çəkmək pulsuzdur” sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib”.

Bakı meri onu da qeyd edib ki, hazırda qeyd olunan hallarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və günahkar şəxslər qanuna müvafiq olaraq cəzalandırılacaq.

Xatırladaq ki, bu gün yazıçı Ç.Abdullayev sosial şəbəkələrdə və bəzi media orqanlarında dünən Yazıçılar Birliyinin binasındakı “26” adlı kafenin fəaliyyətinin dayandırılmasına kəskin münasibət bildirib, həmin kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını qeyd edib və kafenin bu formada bağlanmasının doğru olmadığını vurğulayıb.

Xəbər 1223 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +