Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


09.09.2017  10:23 

Füzulidə aqroparklar, iri fermer təsərrüfatları yaradılır





A+  A-

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızada həyata keçirilən aqrar siyasətin əsasında əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, ixrac potensialının artırılması, aqrar sahənin inkişafı ilə yerlərdə əhalinin məşğulluğunun təmin edilməsi dayanır. Bu məqsədilə yerlərdə müasir aqroparkların, iri fermer təsərrüfatlarının, xüsusilə kooperativlərin yaradılması mühüm önəm daşıyır.
XəzərNews.az xbərə verir ki, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq torpaqlardan daha da səmərəli və məqsədyönlü istifadə olunması istiqamətində ciddi addımlar atılır.

Belə ki, rayon ərazisində əvvəllər pərakəndə və kortəbii şəkildə istifadə olunan ərazidə ötən il hər biri 1000 ha olmaqla 4 böyük taxılçılıq təsərrüfatı yaradılmış, 2700 ha ərazi isə Nazirlər Kabinetinin qərarı ilə təyinatı dəyişdirilərək müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı və ətlik və südlük istiqamətli heyvandarlıq kompleksi yaradılması üçün Aqroparkın istifadəsinə verilmişdir. Halhazırda rayonda kənd təsərrüfatı kooperasiyalarının yaradılması istiqamətində işlərə başlanılmışdır. Belə ki, Prezident cənab İlham Əliyevin “Kənd təsərrüfatı kooperasiyası haqqında” Fərmanına və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022- ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Əhmədalılar kəndində 105 torpaq istifadəçisi öz şəxsi mülkiyyətlərində olan torpaqları könüllü birləşdirərək kənd təsərrüfatı kooperativi yaradıblar. Artıq kooperativin nizamnaməsi təsdiq edilib, hüquqi sənədləri hazırlanıb. 105 torpaq istifadəçisi öz torpaqlarını könüllü şəkildə birləşdirərək ümumi sahəsi 180 hektar olan iri kənd təsərrüfatı kooperativi yaradıblar. Kooperativ iştirakçıları öz təsərrüfatlarında ilkin mərhələdə ərzaq buğdası və pambıq bitkisi yetişdirməyi planlaşdırırlar.

Kooperativ iştirakçıları bildirirlər ki, məqsədləri 105 kənd sakininin könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisəsi yaratmaq, kollektiv istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.

Əhmədalılar kənd sakinləri olan kooperasiya iştirakçılarının böyük bir hissəsi əvvəllər onlara verilən torpaqları əkib-becərə bilmədiklərini, torpaqdan lazımi qazanc götürmədiklərini vurğulayırlar. Bildirirlər ki, vəziyyətdən çıxış yolu kooperativ yaratmaqdadır. “Yəni burda əsas məqsədimiz torpağı, texnikanı, gücləri bir yerə toplayıb kollektiv təsərrüfat yaradmaqla, yaxşı qazanc götürməkdir. Bu yolla az zəhmət və xərc çəkməklə daha çox və keyfiyyətli məhsul əldə etmək mümkündür. Kənd təsərrüfatı kooperasiyalarının yaradılması ilə heç kəs heç kəsə torpağını vermir. Hər bir adamın öz torpağı öz mülkiyyətində olur. Sadəcə torpaqdan birgə istifadə olunur”-deyə kooperasiya iştirakçıları vurğulayıblar.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Əhmədalılar kəndində olmuş, kooperativ iştirakçıları ilə görüşmüşdür. Alı Alıyev ölkə başçısının kənd təsərrüfatı kooperasiyaları yaradılması ilə Fərmanından irəli gələn məsələlərdən danışmışdır. Bildirmişdir ki, kənd sakinlərinin torpaqlarını birləşdirib könüllü kooperativlər yaratmaları cəbhə bölgəsində yaşayan məcburi köçkün əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına gətirib çıxaracaqdır.

Alı Alıyev qeyd edib ki, yaxın günlərdə Əhmədalılar kəndində daha bir kənd təsərrüfatı kooperativinin yaradılması nəzərdə tutulur. Belə ki, daha 473 kənd sakini 230 hektar torpaq sahələrini birləşdirərək kooperativ yaratmağı planlaşdırır.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayonda kənd təsərrüfatı kooperasiyaları yaratmaqla füzulililər Prezident cənab İlham Əliyevin Kənd təsərrüfatı kooperasiyası haqqında” Fərmanına və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022- ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına öz töhfələrini verəcəklər.









Xəbər 1621 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +