Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.09.2017  23:27 

Paytaxtda əsən güclü külək nə vaxt kəsəcək?





A+  A-

Ölkə ərazisində müşahidə edilən küləkli hava şəraiti sabah günortayadək davam edəcək.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, sabah günortayadək əsən güclü şimal-qərb küləyi günortadan mülayimləşməyə başlayacaq.

G.Məmmədova küləkli keçməsinə baxmayaraq, dünən və bu gün havanın bürkülü olmasının səbəbini son iki gündə atmosferdə rütubətin miqdarının bir qədər çoxalması ilə izah edib: "Lakin artıq havada rütubətin miqdarı normaldır. Günorta mülayim cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəzlənib.

Hazırda temperatur 30-35 dərəcədir. Sentyabrda belə temperatur əvvəlki illərdə də qeydə alınıb. Bakıda sentyabrda 37 dərəcə temperaturun qeydə alındığı illər olub. Ona görə də hazırki temperatur sentyabr üçün yüksək sayıla bilməz".

Qeyd edək ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra bu gündən Bakıda və Abşeron yarımadasında hava qeyri-sabit keçməyə başlayıb.

Xəbər 2894 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +