Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


07.09.2017  10:38 

Ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib - Füzulidə





A+  A-

Horadiz şəhərində rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı və Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Təhsil Nazirliyinin nümayəndəsi Asif Hacıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, tələbə adını qazanmış şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Konfransı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışıb. İcra rəsmisi bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Alı Alıyev qeyd edib ki, Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.

Sonra rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova 2016-2017-ci tədris ili ərzində Füzulidə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. R.Məmmədova rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə danışıb. Bildirib ki, 2016-2017-ci dərs ilində rayonda 75 tam orta, 5 ümumi orta, 1 ibtidai məktəb, 1 musiqi təmayüllü gimnaziya, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Ötən dərs ilində ümumtəhsil məktəblərində 12 min 988 nəfər şagird təhsil alıb. Rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375-i ali məktəblərə, 11-i isə xüsusi təyinatlı məktəblərə, 120-si isə orta ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 25 nəfəri 500-600 arası, 14 nəfəri isə 600-dan çox bal toplayıb. Qeyd olunub ki, Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən tikilərək istifadəyə verilən məktəbin şagirdləri qəbul imtahanlarında daha yüksək nəticə qazanıblar.

Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanmış gəncləri bir daha təbrik edib, onlara uğurlar arzulayıb. Alı Alıyev tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın adını həmişə uca tutmağı tövsiyyə edib.

Sonda qabaqcıl təhsil işçilərinə, o cümlədən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.






Xəbər 1483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +