Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


07.09.2017  10:05 

Əli Həsənov nəvəsinin qəzada ölən sürücüsünün ailəsinə - Ev və maşın verdi





A+  A-

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin törətdiyi avtomobil qəzasında dünyasını dəyişən şəxsin ailəsini təminat altına alıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, qəza zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə birlikdə avtomobildə olan və dünyasının dəyişən Mehdi Əliyevin ailəsinə Əli Həsənov tərəfindən maddi yardım göstərilib.

Əli Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və maşın verib. Baş nazirin müavininin maddi təminatı bununla da bitməyib. Ə. Həsənov mərhum Mehdi Əliyevin xanımını işlə təmin edib, onun 3 yaşlı övladını da 18 yaşına çatanadək himayəyə götürüb.

Məsələ ilə bağlı mərhumun anası Nazilə Əliyeva ilə əlaqə saxlanılıb. O, bu mövzu ilə bağlı sualları cavablandırmaq istəmədiyi bildirib.

“Yəqin ki, məni başa düşərsiniz. Mən bir daha bu mövzuya qayıtmaq istəmirəm”,- deyə N.Əliyeva bu mövzuda danışmaq istəmədiyini qeyd edib.

Xatırladaq ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Qəzanı tördən şəxsin əvvəlcə Mehdi Əliyev olduğu və onun dünyasının dəyişdiyi bildirilirdi. Amma sonra aparılan araşdırmalar zamanı məlum oldu ki, sükan arxasında Əli Həsənovun nəvəsi olub. Mehdi Əliyev sürücü olsa da həmin vaxt maşını idarə etmirmiş.

Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı sükan arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin olması təsdiqini tapıb. Daha sonra onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olmuşdu ki, həmin vaxt Nail Allahverdiyev “Mazda” markalı avtomobillə ötüşürmüş. Həmin maşının sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində isə inzibati həbs qərarı verilib.

Qəza zamanı dünyasını dəyişənlərdən biri isə piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında olarkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaraq dünyasının dəyişmişdi. Mərhum Vaqif Əsədovun kiçik oğlu mətbuata açıqlamasında qəzaya səbəb olanların cəzalandırılamsını istəmişdi. Onun digər övladları isə bunun əksi olaraq “nə düşübsünüz Nailin üstünə?” deyə mətbuat nümayəndələrini qınamışdılar. Onlar bu mövzu haqda danışmaq istəmədiklərini və media nümayəndələrindən onları narahat etməmələrini istəmişdilər.

Qəza zamanı yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb. Onlar Türkiyənin keçmiş prezidenti Abdullah Gülün qohumlarıdır.

Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır.

Xəbər 1658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +