İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


29.08.2017  16:38 

Məktəbli çantaları haqda - Xəbərdarlıq





A+  A-

Bu gün yeni tədris ilinin başlanması münasibətilə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə məktəblərdə gigiyena qaydaları, azyaşlıların qidalanması və yeni dərs ilinə hazırlıq məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
XəzərNews.az xəbər verir ki, konfransda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında respublikasının baş pedatrı N.Quliyev, ATU Kommunal və Qida Qiqiyenası kafedrasının müdiri İ.Əhmədov və ATU-nun uşaq və yeniyetmə gigiyenası kafedrasının müdiri Ş. Balayeva iştirak edib.

Tədbirdə bildirilib ki, bu gün pediatriyanın qarşısında duran ən aktual problemlərdən biri də uşaqların düzgün qidalanmasıdır. Bu iş valideyinlərin, həkimlərin eləcə də müəllimlərin üzərinə düşür. Daim uşaqların yaşına uyğun qidalandırılmasına diqqət yetirilməlidir. Bunların başında da körpələrin ana südü ilə qidalandırılmasının təmini durur. Yay mövsümündə yaranan əsas problemlərdən biri qida zəhərlənmələridir. Havaların isti keçməsi qidaların tez xarab olmasına səbəb olur ki, bu da əsasən uşaqlarda qusma, ishal kimi hallarla nəticələnir.

Tədris ilinin başlanması ailələr və ictimaiyyət üçün böyük imtahan astanasıdır. Xüsusilə məktəbə ilk qədəm qoyan uşaqlar üçün psixoloji və adaptasiya baxımından bu olduqca ciddi bir problemdir. Bu səbəbdən valideynlər və məktəb kollektivi buna çox ciddi yanaşmalıdırlar.

Yeni dərs ilinə başlayan hər bir uşağın qidalanması, geyinməsi, günlük yuxu rejimi və gigiyenasına diqqət yetirilməsi əsas rol oynayır. Bu amillər uşaqların tədrisə həvəsini artırdığı kimi psixologiyası və məktəb fəaliyyətinə də böyük təsir göstərir. Bu baxımdan gün rejiminin düzgün qurulması xüsusilə uşaqların mövsümə müvafiq geyindirilməsi və məktəb ləvazimatlarının düzgün seçilməsi, məktəblərdə gigiyena qaydalarına düzgün riayət edilməsi, düzgün qidalanmalarına xüsusi diqqət yetirmək lazımdır. Hər bir uşaq ev yeməklərindən fastfud qidalarına keçdikdə bədəndəki bütün fizioloji proseslərin yenidən qurulması başlayır. Bu baxımdan da uşaqlarda düzgün və tənzimlənmiş qidalanmaya diqqət yetirmək vacibdir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər isti sıyıqlarla qidalanmaya üstünlük verilməlidir. Belə ki, səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır.

Dərs ilinin başlanması bir sıra problemlərin də ortaya çıxarır ki, bu problemlərdən biri də məktəbli çantalarının ağır olmasıdır.

Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı daxili orqanların da zədələnməsi ilə nəticələnə bilər. Məktəbli çantasının kəməri enli olmalı və hər iki çiyinə geyilməlidir. Bu problemlərdən biri də uşaqların hədsiz isti geyimlərlə geyindirilməsidir. Bu da immun sisteminin zəifləməsi ilə nəticələnir. Yay mövsümü ilə əlaqədar gündəlik rejimin pozulması yaranan problemlərdən biridir ki, burada yuxu əsas rol oynayır. Uşaqları rejimə alışdırmaq böyüklərə nisbətən çox çətindir. Bu səbəbdən tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır.

Xəbər 1416 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +