“Qarabağ”ın oyununa gedənlərin diqqətinə
“Kişi ilə qadın eyni tualet növbəsində dayanır”
“Vətəndaş problem içindədir...”
Azərbaycan sərt pul siyasət yürüdəcək
Ərdoğan ABŞ-a od PÜSKÜRDÜ
Ukrayna diplomatı ölkədən qovdu
Səlim Müslümov vəzifəsini itirdi
Sabahın havası - Külək, yağış, qar
Nazir büdcənin hara xərclənəcəyini açıqladı
İran prezidenti qələbəni elan etdi

      

29.08.2017  15:09 

Lənkəranda meyiti quyudan tapılan 6 günlük körpənin ölüm səbəbi açıqlandı





A+  A-

Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının meyitinin ekspertiza nəticələri bəlli olub.
XəzərNews.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 6 günlük Mələk daxili qanaxmadan ölüb. Belə ki, döş boşluğuna nüfuz edən iynə vasitəsilə qaraciyər və ağciyərin zədələnməsi, döş boşluğunda qanaxma körpənin ölümünə səbəb olub. Ekspertiza nəticələri müstəntiqə təhvil veriləcək.

Qeyd edək ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. Öldürülən 6 günlük Nurullayeva Mələk Şaiq qızının anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Nurullayev körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.

Körpənin nənəsi tərəfindən öldürüldüyü deyilsə də, araşdırma zamanı şübhəlilərdən birinin də körpənin əmisi F.Nurullayevin həyat yoldaşı olduğu bildirilirdi. Baş vermiş hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər 766 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

21.11.2017  18:12 

Dolların sabahkı məzənnəsi

21.11.2017  15:07 

Ərdoğan ABŞ-a od PÜSKÜRDÜ

21.11.2017  14:48 

Ukrayna diplomatı ölkədən qovdu


BÜTÜN XƏBƏRLƏR +