Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir


29.08.2017  13:43 

“Gərək adamın mənliyi, şəxsiyyəti olsun” - Direktordan növbəti açıqlama





A+  A-

Paytaxtın Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova jurnalisti təhqir etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, N.Məmmədova “Ölkə.Az”-a açıqlamasında jurnalisti təhqir etmədiyini deyib: “Yazırlar ki, guya mən jurnalisti təhqir etmişəm. Bu doğru deyil. Biz məktəbdəyik. Məktəbdə də heç vaxt təhqiramiz sözlər olmur. Bizim jurnalistlərə hər zaman hörmətimiz var. Bu məsələ ilə bağlı da Bakı şəhər Təhsil İdarəsinə müraciət edin. Jurnalistlərin məktəb haqqında ittiham səsləndirməsi doğru deyil. Bizim məktəb Bakı şəhərində seçilən təhsil ocaqlarından biridir. Hazırda 6 məzunumuz 600-dən, 6 məzunumuz isə 500-dən yuxarı bal toplayıb. Bir sinifdə olan 20 şagirddən 16-sı ali məktəbə qəbul edilib. İki məzunumuz ADA Universitetinə qəbul olub. Bütövlükdə 60-dan yuxarı məzunumuz ali məktəblərə qəbul olunub. Bu qədər məzunlarımızın uğurlarına və məktəbimizə qısqanclıqla yanaşmağın nə mənası var? Olmazdımı ki, jurnalistlər məktəbimizin gözəl nailiyyətlərindən, uğurlardan yazardılar, biz də onlara “əhsən” deyərdik. Niyə görə bu qədər uğurlarımızı yazmırlar, ancaq başqa məsələlərdən yazırlar? Bütün bunlar doğru deyil. Mən çox istərdim ki, həmin jurnalist təhsilimizin, məktəbimizin uğurlarından yazardı”.
Direktor jurnalisti səsini icazəsiz yazmaqda da ittiham edib: “O jurnalistin ixtiyarı yoxdur ki, icazəm olmadan səsimi yazsın. Jurnalist mənə deməli idi ki, səsini yazıram. Digər tərəfdən isə biz o jurnalistlə məhkəmədə görüşəcəyik. Mən onu məhkəməyə verirəm. Artıq vəkilimə də xəbər vermişəm. O jurnalisti də təhqir etməmişəm, bunu səs yazımda da görə bilərsiniz. Ümumiyyətlə, mənim leksikomumda təhqiramiz sözlər yoxdur. Sadəcə olaraq jurnalistə demişəm ki, “axar.az”san, “axmayan azsan”, bilmirəm, ancaq ayıb olsun. Bundan başqa söz deməmişəm”.

N.Məmmədova sosial şəbəkələrdə onun Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin “adamı” olması barədə yayılan şərhlərə də münasibət bildirib: “Belə sözlər demək çox ayıbdır. Mən Adil Vəliyevin adamı deyiləm. Ümumiyyətlə, onun adını çəkməyin. O, bizim rayonun ağsaqqalıdır, ona böyük hörmətimiz var”.

Jurnalisti hədələməsi məsələsinə də toxunan N.Məmmədova bu ittihamlarla razılaşmadığını söyləyib: “Mən o jurnalisti hədələməmişəm. Sadəcə olaraq jurnalist məni hövsələdən çıxartmışdı. İstənilən adamı hövsələdən çıxardanda, nə isə deyilir. Gərək hər bir adamın mənliyi, şəxsiyyəti olsun. Həmin jurnalist bir neçə dəfə mənə zəng vurub deyildi ki, bura nümayəndə göndərəcəklər və sairə. Mən də ona dedim ki, bura zavod, fabrik deyil ki, nümayəndə göndərəsiniz. Bura məktəbdir. Yəni, bizim məktəbin təhsilində pul söhbəti ola bilməz. Mən nə almıram, nə də vermirəm. Eyni zamanda mən heç bir jurnalisti də qəbul etmirəm. Jurnalist yazanda dəqiq yazsın”.

Xəbər 1906 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.09.2024  19:23 

Tuncelidə zəlzələ olub

16.09.2024  19:18 

Marmaris: Egeyin incisi

15.09.2024  16:09 

Sabahın havası açıqlanıb

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub

13.09.2024  15:36 

Azər Axşam ATV-dən getdi

13.09.2024  11:51 

Türkiyədə zəlzələ olub

11.09.2024  13:13 

Onu himayə edən kimdir? Polis?

10.09.2024  17:22 

Tanınmış model saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +