Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


28.08.2017  14:11 

Füzuli İcra Hakimiyyəti Zəhranın valideynlərini aldadıbmı? – RƏSMİ AÇIQLAMA





A+  A-

Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılması xəbəri yayılıb.
Xəbərə görə, rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib.

Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə məktub ünvanlanıb. Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.
XəzərNews.az bildirir ki, Modern.az saytı Füzuli rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Füzuli rayon İrca Hakimiyyətinin mətbuat məsələləri üzrə şöbə müdiri Bayram Niftəliyev məsələnin doğru olmadığını bildirib.

“İmtina ərizəsinin yazılıb qol çəkilməsi məsələsi doğru deyil. Qənimət Əliyev bunu niyə etməlidir ki! Zəhranın ailəsinə ev təklif olunmayıb. Əgər təklif olunub ev verilirsə, Füzuli rayon İcra Hakimiyyəti niyə belə iş görsün ki! Veriləcək evdən Zəhranın ata-anası niyə imtina etməlidirlər ki! Ev veriləcəksə, veriləcək. Məsələ tamam başqadır.

Bir ictimai birlik var. Quliyevlər ailəsinin adından ev almaq üçün müraciət ünvanlayıb. Qənimət Əliyev də Zəhranın ailəsi ilə görüşüb. Sadəcə, onlar izahat veriblər ki, həmin ərizənin yazılmasından xəbərləri yoxdur”.

İcra nümayəndəsi belə bir halın ortaya atılmasına çox üzüldüklərini deyib.

“Zəhra və nənəsinin başına gətirilən məsələ təkcə Quliyevlərin dərdi olmadı, hər bir azərbaycanlı bu faciədən sarsıldı. Bütün dövlət qurumları Zəhranın ailəsinə baş çəkdi, onların dərdini bölüşdü. Zəhranın 40-ı yeni çıxıb. Ailənin acısı hələ də davam edir. Onların adından bu cür yanlış informasiyaların yayılmasına çox üzülürük. Onların Alıxanlı kəndində evləri var”.

Xəbər 3243 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +