Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar


28.08.2017  12:05 

Mahmudovun əmisi oğlu yenidən məhkəmə önündə





A+  A-

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İlham Mahmudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb.
Vəzifə səalhiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İ.Mahmudov “Azərtürkbank” ASC-nin Bakı filialının müdiri olub.

O, qardaşı Vüqar Mahmudovun həyat yoldaşı Nuranə Mahmudovanın adına hesab açaraq 103 min manat köçürüb. Qardaşı İlqar Mahmudovun adına 10 min dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avroluq hesab açıb. Öz həyat yoldaşı Kəmalə Mahmudovanın hesabına 1100 manat mədaxil edib. İ.Mahmudov bütün hesabları özü idarə edib.

Qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun xəbəri olmadan onun da adına hesab açaraq Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min dolları onun vasitəsilə qanunsuz olaraq çıxarıb. İlham Mahmudov 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Nəsimi rayon Məhkəməsinin hakimi Elman İsayevin hökmü ilə İlham Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib, aldığı cəza həbsdə yatdığı müddətlə eyni olduğundan o, məhkəmə zalından azadlığa buraxılıb.

İ.Mahmudov da, ittiham tərəfi də hökmdən narazı qalıblar. Prokurorluq İlham Mahmudova daha ağır cəza verilməsi üçün, İ.Mahmudov isə bəraət almaq üçün hökmdən apellyasiya şikayəti veriblər.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, yazıda adı keçən Vüqar Mahmudov sabiq nazir E.Mahmudovun köməkçisi olub və İ. Mahmudovun qardaşıdır. İlqar Mahmudov isə Səbail Rayon Polis İdarəsinin rəisi olub.

(qafqazinfo.az)

Xəbər 973 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +