200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.08.2017  15:23 

Azərbaycanda sahibsiz itlər axtalanacaq - Yeni sənəd hazırlanır





A+  A-

Azərbaycanda quduzluğa qarşı kompleks tədbirlər planı hazırlanır.
XəzərNews.az xəbər verir ki, bu barədə Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov məlumat verib. A. Süleymanov Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planının Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində həyata keçiriləcəyini bildirib:

“Sahibsiz itlərin insanlara hücum etməsi, quduzluq xəstəliyinin daşıyıcısı olması bizi də narahat edir. Amma siz də bilirsiniz ki, NK-nın müvafiq qərarına əsasən DBNX ancaq sahibli, qeydiyyatda olan ev heyvanlarını quduzluq xəstəliyinə qarşı vaksin edir. Buna baxmayaraq biz yaxın gələcəkdə vəhşi heyvanların, sahibsiz itlərin də quduzluq xəstəliyinə qarşı vaksinasiyasının aparılmasını nəzərdə tutmuşuq. Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planında bu məsələ öz əksini tapıb. Milli Strategiyanın hazırlanmasında Avropa İttifaqının ekspertləri də iştirak edir”.

A. Süleymanov bildirib ki, Kompleks tədbirlər planında təkcə quduzluq xəstəliyinə qarşı vaksinasiya tədbirləri öz əksini tapmayıb:

Bu sənəddə sahibsiz heyvanların saxlanıldığı sığınacaqların şəraitinin yaxşılaşdırılması, regionlarda sahibsiz itlərin saxlanıldığı sığınacaqların sayının artırılması da yer alıb: “Tədbirlər planında sahibsiz heyvanların vaksinasiyası, artımının qarşısını almaq üçün strelizasiya tədbirləri də nəzərdə tutulub. Strelizasiya tədbiri odur ki, sahibsiz itlər əməliyyat yolu ilə qısırlaşdırılaraq nəsil artıra bilmirlər. Bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə edilir.

Kompleks təbdirlər planında vəhşi heyvanların da oral vaksinasiyası nəzərdə tutulur. 2015-ci ildə pilot layihə çərçivəsində Zaqatala, Balakən zonasında vəhşi heyvanların oral vaksinasiyası tədbiri aparıldı. Oral vaksinasiya yemləmə yolu ilə quduzluq xəstəliyinə qarşı mübarizə üsuludur. Yemlərə quduzluğa qarşı vaksin qatılaraq meşələrə qoyulur. Tədbirlər planında nəzərdə tutulur ki, vəhşi heyvanların oral vaksinasiyası davam etdirilsin. Bu yolla vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı mübarizə aparılsın. Çünki, sahibsiz heyvanlar arasında da əsasən bu xəstəlik vəhşi heyvanlarla təmasdan yaranır. Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planının hazırlanaraq gələn il hökumətə təqdim olunacaq”.

Xəbər 1340 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +