İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.08.2017  18:14 

6 günlük Mələyi öldürən nənəsi deyilmiş... - Şok iddia





A+  A-

Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb.
XəzərNews.az Axar.az-a istinadən xəbər verir ki, iddiaya görə, ürəyinə iynələr sancılaraq öldürülüb, daha sonra su quyusuna atılan körpənin qatili heç də nənəsi Atifə Nurullayeva deyil.

Kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.

Bildirilir ki, hadisə baş verdikdən sonra polisə ilk olaraq məlumat verən körpənin atası Şaiq Nurullayev olub. Araşdırmadan sonra ilk şübhəli olaraq isə istintaqa körpənin əmisi F.Nurullayevin həyat yoldaşı cəlb edilib. Ancaq daha sonra bütün şübhələri körpənin nənəsi A.Nurullayeva öz üzərinə götürüb və hadisəni özü törətdiyini etiraf edib.

Ancaq darqubalılar iddia edib ki, ilkin araşdırma zamanı həmin gecə evdə olan hər kəsdən qan analizi götürülüb. Analizin nəticələrinə görə, evdə gecələyən hər kəsin qanında yuxu dərmanı aşkarlanıb, bircə öldürülən körpənin əmisi F.Nurullayevin həyat yoldaşından başqa.

Şayiələrə görə, hadisə baş verən gecə körpənin əmisi arvadı evdəkilərin yeməyinə yuxu dərmanı qataraq, hamını yatırdıb və hadisəni törədib.

F.Nurullayev isə həyat yoldaşının həbs edilməməsi üçün anasından qətli öz üzərinə götürməsini istəyib və beləliklə də A.Nurullayeva təqsirsiz olduğu halda qətli öz üzərinə götürüb.

Xatırladaq ki, A.Nurullayevanın hər iki gəlini öz qohumudur. Körpəsi öldürülən gəlini bacısının, körpəni öldürdüyü iddia edilən gəlini isə baldızının qızıdır. Gəlinlər arasında qısqanclığa səbəb də A.Nurullayevanın öz bacısı qızı olan gəlininə qarşı daha qayğıkeş olması olub.

Sözügedən məlumatla bağlı Lənkəran Rayon Prokurorluğu ilə əlaqə saxıladıq. Prokurorluqdan bildirdilər ki, baş vermiş hadisə ilə bağlı araşdırma davam etdiyi üçün heç bir məlumat verə bilməzlər.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən də bildirildi ki, məlum hadisə ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq.



Xəbər 930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +