6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


17.08.2017  10:53 

Bir şagirdin məktəb xərci nə qədərdir?





A+  A-

Növbəti dərs ilinin başlanmasına cəmi bir ay vaxt qalıb. Məktəbə övlad yola salan və ya salacaq valideynlər elə indidən dərs ləvazimatları satılan dükanlara üz tuturlar. Və qiymətlərin kəllə - çarxa çıxması ilə bağlı sosial şəbəkələrdə giley-güzarlarını ifadə edirlər. Məlum qiymət artımının ailələrinin aylıq gəlirləri ilə tərs mütənasiblik təşkil etdiyni qeyd edirlər.
XəzərNews.az xəbər verir ki, "Sherg.az" "Bir şagirdin məktəbə yola salınması üçün nə qədər vəsait lazımdır?" sualına cavab tapmağa çalışıb.

Bu il övladı birinci sinfə yola salacaq tanınmış jurnalist, Hafta.az saytının əməkdaşı Naibə Qurbanova da qiymət artımından şikayətlənən valideynlərdəndir. Əvvəldən planlaşdırıb, yeni dərs ilinə tam bir ay qalmış alış-verişə başladığını deyən N.Qurbanova iki günü məhsullarla tanışlığa sərf edib:

"Xüsusən geyimlərlə bağlı tərəddüdlü idim, elə düşündüyüm kimi də oldu. Çünki məktəblilərin geyim bazarında vəziyyət çox acınacaqlıdır. Artıq neçə ildir ki, məktəblərdə vahid geyim forması tətbiq olunub və geyimlərin hazırlanması ilə tək bir fabrik – Bakı Tikiş Evi (BTİ)məşğul olur. Görünür, elə rəqibi olmadığındandır ki, fabrik nə tikiblərsə, əhalinin onunla razılaşacağını düşünüb, keyfiyyətsiz geyimlər təqdim edir. İki günlük axtarışdan sonra fabrikə məxsus normal geyim tapa bilmədiyim üçün parça alıb tikdirmək qərarına gəldim. Beləliklə, keyfiyyətli parçadan öz istədiyim kimi şalvar və jilet təxminən 60 manata başa gələcək. BTİ-nin geyim dəsti də təxminən bu qiymətədir. Hətta pencəklə birlikdə bundan xeyli bahadır.

Qeyd etdiyim kimi, 60 manat şalvar-jilet dəstinə, biri 25 manatdan olmaqla 50 manat köynəyə, 10 manat kəpənəyə (baboçka), 75 manat ayaqqabıya, 110 manat çantaya xərcləmişəm. Dərs ləvazimatları bazarlığını isə hələ etməmişəm. Övladım rus bölməsində oxuduğuna görə kitabları da özümüz almalı olacağıq. Təxmini hesablamalarıma uyğun məktəb bazarlığımız 500-600 manata başa gələcək”.

Bu od tutan qiymətlərə rəğmən ailə büdcəsinə uyğun ləvazimat almağa çalışdığını söyləyən N. Qurbanova vurğulayıb ki, satıcılar insanların almağa məcbur olduğunu bildiyindən istədikləri qiyməti qoyurlar:

"Ən bahalı geyim isə ayaqqabıdır. Uşaqdır, bütün günü ayağında olan geyimdir deyə onu ortopedik seçmişəm. Övladlarımızın sağlığı, sözsüz, hər şeydən vacibdir”.

İqtisadçı - ekspert Fuad İbrahimov isə məktəbli ləvazimatları satışı ilə məşğul olan sahibkarların özlərini sığortalamağa çalışdığını deyib:

"Sırf ticarət nöqteyi-nəzərdən məsələyə yanaşdıqda, onlar düşünür ki, manatın məzənnəsində dəyişiklik olar, qiymətlər də dəyişər. Bazarda sahibkarların məhdud sayda olması və inhisarçılıq yaranması da qiymət məsələsinə təsir edir. Bu işlə məşğul olan şəxslər rəqabət olmadığından qiymətləri istədikləri səviyyədə qaldıra bilir.

Yeni mövsümə daxil oluruq və şübhəsiz, valideynlər məktəb ləvazimatlarını indidən almaq istəyir. Sentyabr ayı başladıqda isə qiymətlərin mərhələli formada aşağı düşməsini müşahidə edəcəyik. Sentyabrın 15-nə qədər məktəb ləvazimatlarının, şagird geyimlərinin qiymətləri yüksək qalacaq”.

Xəbər 2221 dəfə oxunub.




01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +