Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


04.08.2017  11:58 

“Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu” – ELMİ ARAŞDIRMA





A+  A-

Bakı Dövlət Universiteti (BDU) Hüquq Fakültəsinin III kurs tələbəsi Sənəm Mustafayeva “Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu” mövzusunda elmi məqalə yazıb.
BDU-nun Tələbə Hüquq Jurnalında dərc olunan məqalədə İslamda əks olunan qadın hüquqları ilə islam ölkələrində mövcud olan qadın hüquqlarının müqayisəsinə, dünyəvi ölkələrdə müsəlman qadınlara “dünyəvilik” prinsipinin şamil edilməməsi məsələsinə yer verilib, həm müsəlman, həm də dünyəvi ölkələrin nümunəsində ətraflı araşdırma aparılıb.
Azadinform “Giriş” 4 fəsil, “Nəticə”dən ibarət olan məqaləni diqqətinizə hissə-hissə təqdim edəcək.

I HİSSƏ:

Giriş


Tarix boyunca hər bir fərd kimi hüquqlara sahib ola bilməyən qadınlar hal-hazırda ən üst səviyyədə imkanlara malikdirlər. Lakin son dövrdə qadın hüquqlarının mövcudluğu ilə realizəsi arasında üstü qapanmayan boşluqlar vardır. Həmin boşluqları cəmiyyət ya üstü qapalı, ya da açıq formada İslamla əlaqələndirir. Həqiqətən də İslam hüququ çərçivəsində qadın hüquqlarına yer verilmirmi? Müsəlman qadınların əqidəsinə görə məruz qaldığı təzyiqlər XXI əsrdə gündəmdən düşmür. İstər İslam dini rəhbər tutulan ölkələrdə, istərsə də dünyəvi ölkələrdə bu hallar fərqli formalarda təzahür edir. Buna görə də İslam dini hər zaman zidd fikirlərlə qarşı-qarşıyadır. İslam dövlətlərində qadınların məruz qaldığı hüquq pozuntularında “din” aspekti bəhanə rolunda çıxış edirsə, dünyəvi ölkələrdə müsəlman qadınların məruz qaldığı qeyri-qanuni halların əsl səbəbi onların dinidir. Mövcud vəziyyət müəyyən bir coğrafi ərazi dairəsində məhdudlaşmır. Bu səbəbdən sırf müsəlman qadınların hüquqları məsələsi araşdırmanın mövzusu olacaqdır. Məqalədə İslamda mövcud olan qadın hüquqları ilə birlikdə, müsəlman qadınlara qarşı yönələn hüquq pozuntularının səbəbləri müəyyən olunacaq və nəzəri hissə ilə tətbiq arasındakı fərq ortaya qoyulacaqdır. Müsəlman ölkələrində yaşayan qadınlarla dünyəvi ölkələrdə yaşayan müsəlman qadınların hüquqi vəziyyətinin ortaq və fərqli cəhətləri aydınlaşdırılacaqdır.

I. İslami və dünyəvi ölkələrdə qadın hüquqlarının mənbəyi
A. Qurani Kərimdə qadın hüquq subyekti kimi

Qurani-Kərimdə qadınların sosial vəziyyəti iki aspektdə dəyərləndirilmişdir: 1. İslamdan öncəki dövrdə qadın; 2. İslamda qadın. Burada qadınların hüquq və vəzifələri, eyni zamanda kişinin qadın qarşısında daşıdığı vəzifələrə yer verilmişdir. Bir növ mövcud olan bu hüquq və vəzifələr sinallaqmatik xarakter daşıyır. İslam hüququnun tətbiqində yaranan problemləri daha dəqiq həll etmək üçün bu hüquq münasibətlərinin subyekti olan qadınların sahib olduğu hüquqların nəzərdən keçirilməsi zəruridir.

1. Yaşamaq hüququ – İslamın bərqərar olması doğulan qız uşaqlarını öldürmək adətini zamanla sıradan çıxardı. Kiçik qızların yaşamaq hüququ onların təbii hüquqlarından biri olub, Quranda öz əksini müxtəlif formalarda tapmışdır: “O, istədiyini yaradır, istədiyinə qız, istədiyinə oğlan övladı əta edir.”(1)

2. Cəmiyyətdə iştirak etmək hüququ – İslamdan öncə bəzi qadınların cəmiyyətdə mövqeləri var idi, lakin bu sadəcə varlı və əsilzadə nəslinə mənsub olanlara aid idi. Bu cür qadınlardan biri Məhəmməd Peyğəmbərin (s.ə.s.) birinci həyat yoldaşı Xədicə xanım idi ki, o Məkkədə qadınlardan və bəzi kişilərdən üstün mövqeyə malik idi.(2) İslam yarandıqdan sonra isə təbəqəsindən asılı olmayaraq bütün qadınlara bu hüquq tanındı. Məhəmməd Peyğəmbərə (s.ə.s.) biət edən qadınlar özlərinə ictimai sferada yer tapdılar. Bəziləri bu sahədə xeyli aktiv olmuş, bəziləri isə kişilərdən geri qalmayan tərzdə islahatçı tədbirlər həyata keçirmişdir. Məsələn, Harun ər-Rəşidin arvadı Zübeydə. Zübeydə xanım Məkkəyə içməli su çəkdirdiyinə görə sudaşıyanlar indi də şəhərin küçələrində “Eyni Zübeydə” (“Zübeydənin gözləri kimi şəffaf su”) bağıraraq gəzirlər.(3)

3. Ayrıseçkiliyə məruz qalmamaq hüququ – Bir qayda olaraq həm qadınlar arasında bərabərliyi, həm də qadın və kişi arasındakı bərabərliyi özündə əks etdirir. Kimliyindən, statusundan və mövqeyindən asılı olmayaraq bütün qadınlara eyni dərəcədə hüquqların tanınması belə sübut olunmuşdur. “..Allah yanında ən üstün olanınız, günahlardan çəkinəninizdir.” İslam üçün qadın və yaxud kişi olmaq yox, önəmli olan yaxşı və təmiz bir insan ola bilməkdir. Əgər ki, İslam hüququ kişilərin mənafeyinə xitab edən bir sistem olsaydı, Qurani Kərimdə “Kişilər” adlanan bir surəyə rast gələrdik. Lakin sonuncu səmavi din kişilərdən çox qadınların qorunmasına, onların qiymətli tutulmasına önəm göstərdiyi üçün Nisa, yəni “Qadınlar” adlanan surədə qadınların mövqeyini tənzimləyir.(4)

4. Seçmək və seçilmək hüququ – Quranda qeyd olunur ki, “Ey Peyğəmbər! Mömin qadınlar Sənə gəlib biət etdiklərində onların biətlərini qəbul et və Allahdan onların günahlarının bağışlanmağını dilə. Çünki Allah rəhmli və bağışlayandır.” Biət etmək qadınların azad bir şəkildə öz rəhbərlərini seçməsi anlamına gəlir və bu hüquq İslamın bərqərar olduğu ilk dövrlərdə meydana gəlmişdir.(5) Seçilmək hüququna gəldikdə isə, bu hüququ qadınlara qadağan edən hər hansı bir dəlil yoxdur. Əksinə Quranda qeyd olunur ki, kişi və qadınlara hər bir işdə məsuliyyət eyni dərəcədə verilir. Nisa surəsi 58-ci ayədə göstərilir: “Allah sizə əmanətləri, insanların haqlarını onlara qaytarmağı əmr edir. İnsanlar arasında hökm çıxaranda ədalətli hökm çıxarın.”(6)

5. Təhsil hüququ – Qurani Kərimdə Ələq surəsinin birinci ayəsinin “Oxu!” deyə başlamasının mənası ondadır ki, Allah hər bir cins üçün elmi və öyrənməyi vacib bilmişdir. Qadınlar İslamın gəlişi ilə oxu və yazı qaydalarını öyrənmiş və öyrətməyə başlamışlar.(7)

6. İqtisadi müstəqillik hüququ – Qadın ixtiyarında olan irsdən, öhdəsində olan maldan istədiyi kimi istifadə edə bilər.(8)

7. Xərclərini tələb etmək hüququ – Qadının bu hüququ kişilərin vəzifəsi olaraq formalaşmışdır. Yəni kişi öz qadınının bütün xərclərini (yemək, içmək, geyim və s.) ödəməlidir. Kişi imkanı olduğu halda qadının xərclərini təmin etmirsə, qadının istədiyi vasitələrlə ərindən ehtiyaclarını ödəməyi tələb etmək hüququ var. Buna nail olmadıqda, məhkəməyə müraciət edə bilər.(9) Bu, məhkəmə müdafiəsi hüququnu ortaya çıxarır.

8. Nikahda sərbəstlik hüququ – İslamda qadının izdivacı öz əlindədir, bu məsələdə hər hansı bir məcburiyyət yolverilməzdir.(10) Əgər nikah əqdində qarşılıqlı razılıq olmazsa, İslam baxımından bu müqavilə etibarlı hesab olunmur.(11)

9. Miras hüququ – Bu hüquq Nisa surəsində öz əksini dəqiq qaydada tapmışdır.(12) Surədə qeyd olunur ki, bir oğlan övladının payı iki qız övladının payına bərabərdir. Bu, ailənin strukturu ilə bağlıdır və İslamda maddi məsələlər üzrə məsuliyyət kişiyə verilmiş bir öhdəlikdir. Ona görə də bu qayda qadınlara qarşı ayrı-seçkilik nəzərdə tutmur.(13)

10. Eyni haqq və cəzanın verilməsi(14) – Təqsirli olan hər bir şəxsə müdafiə, səmimi peşmançılıq qaydasında təqsirini etiraf etmək hüququ və törətdiyi əmələ görə məsuliyyət prinsipi nəzərə alınmaqla cəza tədbirləri tətbiq olunur.(15)

B. Beynəlxalq hüquq normalarında əks olunan qadın hüquqları

Orta əsrlərə nəzər saldıqda görmək mümkündür ki, İslam öz gəlişi ilə onun qəbul olunduğu cəmiyyətlərdə qadınları xilas etmişdir. Onun orta əsrlərdə Şərq qadınlarına tanıdığı hüquqlara Avropa və digər ölkələrdəki qadınlar uzun illər boyunca malik deyildilər. XIX əsrə qədər Danimarka və Fransada qadınlar miras payından məhrum idi.(16) Fransada qadın həyat yoldaşının icazəsi olmadan bank hesabına pul yatıra bilməz və ya buradan pul götürə bilməzdi. İsveçrədə isə qadının seçmə və seçilmə haqqının tanınmasını cəmiyyət qəbul etmək istəmirdi. Qadınların hüquqi statusu, onların kişilərlə bərabərliyi məsələsi II Dünya Müharibəsindən sonra BMT çərçivəsində qloballaşdırılmış, buna dair bir neçə beynəlxalq müqavilə bağlanmış və dövlətlərin üzərinə bu sahədə ciddi öhdəliklər qoyulmuşdur. Bu sahədə olan ilk ciddi addımlardan biri 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir və o, ayrı-seçkilik məfhumunu yekdilliklə rədd edir. XX əsrə qədər qadınlar daha çox siyasi hüquqlar tələb edir, xüsusən seçmək və seçilmək hüququna malik olmaq istəyirdilər. “Qadınların Siyasi Hüquqlarına dair Konvensiya” (1953) XX əsrdə bütün dünya qadınlarına bu hüququn tanınmasını zəruri bilmiş, “Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair Konvensiya” (1981) isə beynəlxalq arenada qadın və kişi hüquq bərabərliyini təsdiq etmişdir. Burada qadınlar üçün nəzərdə tutulan hüquqlar geniş şəkildə izah olunmuşdur: 7-ci maddə qadınlar üçün siyasi, 10-cu maddə təhsil sahəsində, 11-ci maddə məşğulluq sahəsində olan hüquqları, 14-cü maddə kənd yerlərində yaşayan qadınların vəziyyətini tənzimləyən normaları əks etdirir və üzv dövlətlər üçün ciddi vəzifələr nəzərdə tutur. İslamda qadın hüquqlarının təsbit olunması ilə qadın hüquqlarının beynəlxalq qaydada tənzimlənməsi arasında 13 əsr fərq mövcud olsa da, verilən qərarlar və qəbul edilən normalar İslamdakı qadın mövqeyi ilə kəsişir. (Ardı var)

İstifadə olunmuş ədəbiyyat:

1. Meryem Arıkfidan, İslam Hukukunda Kadın Haklarının Korunmasına Yönelik Tedbirler, 26. (2015).
2. Yenə orada, 9.
3. Mübariz Süleymanlı, Əhməd Ağaoğlu, “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar, 75 (2008).
4. Yuxarıda istinad 1, 10.
5. Yenə orada, 111.
6. Yenə orada, 113.
7. Yenə orada, 104.
8. Əbdürrəhman Yusifpur, İslam dinində qadın məsələsi (Tərcümə: Hacı Soltan, Gərşivəz Nazim), 6 (1995).
9. Yenə orada.
10. Yenə orada, 5.
11. Yuxarıda istinad 1, 43.
12. Ətraflı bax: Nisa, 4:11/12.
13. Yuxarıda istinad 1, 117.
14. Lalə Mönsümova, İslamda Qadının Statusu, 2 “Dövlət və Din” İctimai fikir toplusu, 110, 115 (2009).
15. Əl-Maidə, 5:33/34.
16. Yuxarıda istinad 8, 3.

(azadinform.az)

Xəbər 1575 dəfə oxunub.




28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +