Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


02.08.2017  16:24 

Özünü yandıran şəxslə bağlı nazirlikdən - Açıqlama





A+  A-

“Hazırda əlilliyin təyinatı proseduru elektron sistem vasitəsilə və tam şəffaf şəkildə həyata keçirilir. Ona görə də hansısa şəxsin özünə qəsd edərək şantaj etməklə əlilllik dərəcəsi almaq üçün müvafiq dövlət orqanına təzyiq göstərmək cəhdinin heç bir mənası yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev vətəndaş Cabbarov Sərxan Sərvər oğlunun əlillik dərəcəsi almaq üçün özünü yandırmaq istəməsi hadisəsinə münasibət bildirərkən vurğulayıb.

E.Babayev bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) haqqında əsasnaməyə edilmiş dəyişikliklərə əsasən vətəndaşların onlara əlillik dərəcələrinin təyin edilməsi məqsədilə TSEK-lərə müvafiq sənədlərlə müraciət etmələri, TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub: “Bu proses artıq elektron qaydada, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə həyata keçirilir. Belə ki, əlilliyin qiymətləndirilməsi üçün göndərişin (forma 88) rəsmiləşdirilməsi haqqında məlumat Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə - TSERAS-a ötürülür. Göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar elektron sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Bundan sonra həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə onu vermiş səhiyyə müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK istisna olunmaqla hər hansı TSEK-ə göndərilir”.

Nazirlik rəsmisi qeyd edib ki, göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Beləliklə, elektron sistem göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilməsinə imkan verir. Eyni zamanda, əlillik qrupunun təyin edilib-edilməməsinə dair qərar barədə məlumat, eləcə də əlillik təyin olunmasından imtina verilibsə, bu imtinanın səbəbi də vətəndaşın elektron ünvanına və ya telefonla mesaj vasitəsilə ona çatdırılır: “Ona görə bir daha diqqətə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi üçün elektron qaydada, insan müdaxiləsi, subyektiv yanaşmalar mümkün olmayan belə bir şəffaf sistem mövcud olduğu halda, özünə xəsarət yetirmək, şantaj vasitəsilə dövlət orqanına təzyiq etmək, guya bununla əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır. Belə cəhdlər qeyri-qanunidir və heç vaxt müsbət nəticələnə də bilməz”.

Xatırladaq ki, ötən gün Cabbarov Sərxan Yavər oğlu Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibati binasının qarşısına gələrək özünü yandırmağa çalışıb. Nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyib. Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb.

Xəbər 977 dəfə oxunub.




28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +