Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.08.2017  16:05 

Gülnarə Kərimovanın oğlu hakimiyyəti hədələdi





A+  A-

Özbəkistanın sabiq prezindeti İslam Kərimovun qızı Gülnarə Kərimovanın yaxınları hökuməti hədələyiblər.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, G.Kərimovanın oğlu İslam Kərimov hökumət üzvlərinin maliyyə durumu barədə sənədləri açıqlayacaqlarını bildirib. Onun sözlərinə görə, anasına qarşı sürülən ittihamlar geri götürülməsə, nazirlərin və digər hökumət nümayəndələrinin maliyyə sənədləri ictimaiyyətə təqdim ediləcək.

İ.Kərimov qeyd edib ki, anasının vergidən yayınması, dövlətə maddi ziyan vurması barədə iddia irəli sürərkən məbləği şişiriblər və heç bir sübut göstərməyiblər. O, “Mən indi ad çəkmək istəmirəm. Ancaq hər bir nazirin, indi hakimiyyətdə yer tutan bir çox insanların və güc strukturunda çalışan şəxslərin adını dərc etməyə hazırlaşırıq. Onların bir çoxunun maddi vəziyyəti həddinən artıq yaxşıdır. Söhbət 2 milyard yox, 3-4 milyard və sairdən gedir. Amma heç kim bu barədə danışmır”,-deyib.

Xəbər 2945 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +