Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


01.08.2017  15:11 

Bakının ayaqyolu problemi - Turistlər ictimai tualetlərin azlığından narazıdır





A+  A-

Ayaqyolu insanların gündə ən azı bir neçə dəfə baş çəkdiyi xüsusi yerlərdən biridir. Böyük şəhərlərdə ictimai ayaqyolunun fəaliyyət göstərməsi və hansı vəziyyətdə olması ayrıca mədəniyyət göstəricisi sayılır. Bəs Bakı bu göstəriciyə müsbət cavab verirmi?
Araşdırmalara görə, Bakıda, eləcə də böyük rayonlarımızda ayaqyolu ya azdır, ya da həmin yerlərdə antisanitariya vəziyyəti hökm sürür.

Təsəvvür edin, şəhərin ortasında təcili təbii ehtiyacınızı ödəməyə ehtiyac yaranır və sıxıla-sıxıla qalıb bunun üçün münasib yer tapa bilmirsiniz. Hər halda əksəriyyət belə hallarla rastlaşıb. Çünki həm Bakının adamlar çox olan hissəsində, məsələn, böyük parklarda, həm də regionlarda bu cür problem mövcuddur.

Dünyada isə 2,5 milyard insan hələ də qapalı ayaqyolundan istifadə etmək imkanından məhrumdur. Yəni dünya əhalisinin 1/3-i uyğun şəraiti olan tualetlərdən istifadə edə bilmir. Açıq sahədə bu tələbatını ödəməyə çalışan hər 5 qadından 2-si təcavüz riski ilə qarşılaşır. Hər il açıq sahədə ayaqyolu ehtiyacını ödəyən 2000 uşaq ölür.

BMT-nin “Yoxsulluq həddindən aşağı: kasıblıq və qlobal su böhranı” adlı hesabatı da ayaqyolları, sanitar qovşaqların yoxluğunun inkişaf etməkdə olan ölkələrdə ciddi problemə çevrildiyini göstərir.

Azərbaycanın da inkişaf etməkdə olan ölkə olduğunu nəzərə alsaq, bu problemi xüsusi vurğulamaq lazımdır.

“Bakıda tualetlərin sayı təxminən 15 dəfə artırılmalıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda ictimai ayaqyollarının vəziyyəti bərbaddır:
“Tualetlər insan həyatının çox əhəmiyyətli komponentidir. Bu gün Azərbaycanda su içmək 10 qəpikdir, tualetə getmək isə 30 qəpik. Bu, böyük biabırçılıqdır və ictimai tualetlərin şəbəkəsi Bakı şəhərində və regionlarda çox pis vəziyyətdədir. Xüsusən də yol üzərində yerləşən restoranların tualet şəbəkələri həddindən artıq pisdir. Tualetlərdə birmənalı olaraq lazimi avadanlıqlar yoxdur, antisanitar vəziyyət hökm sürür.
Dünyanın bir çox ölkələrində istənilən kafe və restoranlarda tualetlər insanlara açıqdır. Lakin hazırda Bakıda yanacaqdoldurma məntəqələri tualetləri bağlı saxlayır. Xüsusilə “AzPetrol” və “Lukoil” bu işdə liderlik edir. Bu, anormal haldır. Paris kimi kapitalist şəhərində tualetlər pulsuzdur. Nəzərə alsaq ki, Azərbaycan turizm ölkəsidir, bu sahəyə tam diqqət edilməlidir. Tualet şəbəkəsi xeyli genişləndirilməli, mərkəzdə yerləşən tualetlər isə pulsuz olmalıdır. Bakıdakı tualetlərin sayı təxminən 15 dəfə artırılmalıdır. Digər tərəfdən turizm ölkəsi hara, 30 qəpiklik tualet hara... Azərbaycan bu biabırçılığa son qoymalıdır”.

“Mədəniyyət zibil qabından, sanitar qovşaqlarından başlayır”

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, turizmdə müxtəlif amillərlə yanaşı, sanitar-gigyenik normalara fikir verilməlidir:

“Otelə gələn qonaq təmiz otaqda dincəlmək istəyir, gigiyenik şəraitdə yemək yemək istəyir. Təbii ki, ekskursiya vaxtı turistlər müəyyən maşrutlar üzrə müxtəlif obyektlərə gedirlər. Həmin maşrutlarda mütləq tualetlər olmalıdır.
Bütün turizm maşrutları məlumdur. Belə olduğu halda sanitar qovşaqların olması, hətta su satışı da xüsusən yay aylarında lazımdır. Bunlar hamısı turistlər üçün komfort şərait sayılır və istər-istəməz onlarda məmnunluq yaranır. Ümumiyyətlə, turizmdə xırda məsələ olmamalıdır. Xırda məsələlər yığılıb böyük problemə çevrilə bilər. Əgər turist vaxtında su içməsə və ya ayaqyolu tələbatını ödəyə bilməsə, mənfi təəssüratla geri qayıdır. Bu səbəbədən turizm maşrutlarında, regionlara gedən zaman yolların üzərində, eyni zamanda şəhərdə yerləşən sanitar qovşaqlarına fikir vermək lazımdır. Bu məsələ yüksək səviyyədə həll edilməlidir. Bunun üçün əvvəlcə icra orqanları, bələdiyyələr diqqətli olmalıdır.
Biz bir Assosiasiya kimi əlbəttə monitorinqlər keçirir, müxtəlif ekskursiya təşkilatçıları ilə söhbətlər aparırıq. Onlar turistlərin ictimai yerlərdə sanitar qovşaqların olmamasından şikayət etdiklərini deyirlər. İctimai ayaqyollarının fəaliyyəti bir mədəniyyətdir. Bu, ölkənin təmizliyinin nümunəsidir. Bilirsiniz, mədəniyyət zibil qabından, sanitar qovşaqlardan başlayır.
Sizə bir misal çəkim. Uzun illər bundan qabaq Moskvadan yoxlamalar gəlirdi. Oteli yoxlayan müfəttiş burada yerləşən sanitar qovşaqda əllərini yuyur, daha sonra çay içir. Otel müdiri müfəttişə otaqları yoxlamağı təklif edir. Lakin qarşılığında müfəttiş hər şeyin əla olduğunu qeyd edir. Səbəb kimi isə sanitar qovşağın təmiz olmasını əsas gətirir. Müfəttiş bildirir ki, sanitar qovşağın vəziyyəti yaxşıdırsa, digər otaqlar da elədir. Xülasə, həm yerli əhali, həm də turistlər üçün ictimai ayaqyollarının olması və onların gigiyenik tələblərə cavab verməsi önəmlidir”.

Qeyd etdiyimiz kimi yay fəsli olduğu üçün insanların suya tələbatı və nəticə olaraq ayaqyollarına ehtiyacı artır. Zamanında ayaqyolu tapmayanlar isə çətin vəziyyətə dözmək məcburiyyətində qalırlar.


Uroloq-androloq həkim Ramiz Abdullayev bildirib ki, insanların normal şəkildə ayaqyolu tələbatını ödəyə bilməməsi ciddi fəsadlara səbəb ola bilər.

“İnsanlar normal şəkildə ayaqyolundan istifadə etməlidir. Vaxtında ayaqyolu tələbatını ödəyə bilməyən insanlarda müəyyən fəsadlar yaranır. Belə ki, bu, sidik kisəsində atoniya yaranmasına, eyni zamanda gələcəkdə sidik kisəsində daşların əmələ gəlməsinə səbəb ola bilər. Bu, əslində böyük və ciddi problemdir. Məhz bu səbəbdən şəhərdə ictimai ayaqyollarının sayı artırılmalı və onların gigiyenik vəziyyətinə xüsusi diqqət yetirilməlidir”.
modern.az

Xəbər 755 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +